“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək - RƏSMİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-02-2017, 19:31 | Şərh sayı: (0) | Baxılıb: 265
“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək - RƏSMİ
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarovun Bakı şəhəri, Suraxanı rayonu “Fatimeyi-Zəhra” məscidi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
İslam.az xəbər verir ki, Komitə rəsmisi APA-ya bildirib ki, son günlərdə “Fatimeyi-Zəhra” məscidinin guya söküləcəyi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb: “Bildiririk ki, bəzi şəxslərin və qrupların sosial şəbəkələrdə məqsədli şəkildə yaydığı, tirajladığı bu məlumatın əsası yoxdur. Əksinə, “Fatimeyi-Zəhra” məscidi ilə bağlı vaxtilə yaranmış məsələ artıq həllini tapıb. Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək. Hazırda məscid yarımçıqdır və orada nə rəsmi dini icma, nə də rəsmi din xadimi fəaliyyət göstərir. Lakin bundan sonra Qafqaz Müsəlmanları İdarəsi məscidin tikintisini başa çatdıracaq, dini icması yaradılacaq və rəsmi din xadimi təyin olunacaq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər