İstanbul terrorunun sirri açılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-12-2016, 14:02 | Şərh sayı: (0) | Baxılıb: 397
İstanbul terrorunun sirri açılır
Dekabrın 10-da Beşiktaşda 37-si polis olmaqla 44 insanın ölümünə, 155 nəfərin yaralanmasına səbəb olan terror hadisəsiylə bağlı istintaq davam edir.
İslam.az publika.az-a istinadən xəbər verir ki, tutulanlardan iki nəfərin kimliyi məlum olub. Ancaq polis hər ehtimala qarşı onların adlarını açıqlamayıb. Digər şübhəli 13 nəfərin dindirilməsi isə davam edir.
Türkiyə polisi partlayıcı qurğularla bağlı maraqlı nüansı ortaya çıxarıb. Belə ki, qurğuların 400 kiloqramlıq RDX, PETN və TNT-dən hazırlandığı məlum olub. Bu isə bombalarda kimyəvi maddənin olduğuna işarədir. Başqa sözlə, bombanın zavod istehsalı olduğu və bu terror hadisəsinin arxasında hansısa dövlətin dayandığı ehtimal edilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər