ABŞ-da polisi yaralayan şəxs İŞİD üzvü olduğunu etiraf edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:16 | Şərh sayı: (0) | Baxılıb: 266
ABŞ-da polisi yaralayan şəxs İŞİD üzvü olduğunu etiraf edib
ABŞ-ın Filadelfiya şəhərində polisi yaralayan şəxsin İŞİD-çi olduğu məlum olub.
Musavat.com-un məlumatına görə, bu barədə Filadelfiyanın polis rəisi Riçard Ross məlumat verib. O mətbuat konfransı təşkil edərək bildirib ki, 7 yanvarda polis Cesse Hartneti yaralayan şəxs İŞİD üzvü olduğunu etiraf edib və bildirib ki, birbaşa polisi hədəf alaraq atəş açıb.
Qeyd edək ki, yanvarın 7-də 30 yaşlarında biri polis maşınını atəşə tutaraq 11 güllə sıxmışdı. Ağır yaralanan polis məmuru dərhal xəstəxanaya çatdırılmışdı.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər