''80 manat bahalaşan ərzaq səbəti və 15 manat artan əmək haqqı…'' |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-10-2016, 11:04 | Şərh sayı: (0) | Baxılıb: 324
''80 manat bahalaşan ərzaq səbəti və 15 manat artan əmək haqqı…''
''2013-cü ilin sentyabırndan 2016-cı ilin oktyabırınadək orta məktəb müəllimlərinin maaşında orta hesabla 15 manat artım olub''
“2003-2013-cü illərdə Azərbaycanda minimum əmək haqqının artırılması haqda 13 dəfə prezident fərmanı imzalanıb. 2013-cü ildən sonra isə 1 dəfə də fərman olmayıb. 2013-cü ilin sentyabrından minimum əmək haqqı 105 manat səviyyəsində qalmaqdadır” – iqtisadçı Rövşən Ağayev “Facebook”da belə yazıb.
İqtisadçı Dövlət Statistika Komitəsinin məlumatları əsasında 62 adda gündəlik tələbat məhsullarının qiymətini hesablayıb. Deyir, 2013-cü ilin sentyabrında həmin səbətin alınması üçün 202 manat lazım idi. 2016-cı ilin oktyabrına həmin səbətin dəyəri 273 manata yüksəlib – 35 faizdən çox artım var:
“Niyə bu 2 təqvimi müqayisə edirəm? Çünkü büdcədən maaş alan həkimlərin, müəllimlərin və mədəniyyət sektorunda çalışanların məvacibləri 2013-cü ilin sentyabrında artırılmışdı. Həmin müddətdən sonra, ötən ilin fevralında 10 faiz artırıldı. Məsələn, 2013-cü ilin sentyabırndan 2016-cı ilin oktyabırınadək orta məktəb müəllimlərinin maaşında orta hesabla 15 manat artım olub (söhbət diaqnostikadan keçməyən 75 faizdən gedir). Diqqət edin, bu 62 addan ibarət ərzaq dəsti orta statistik ailənin 1 aylıq istehlak edə biləcəyi qidadır. 80 manata yaxın bahalaşan ərzaq səbəti və cəmi 15 manat artan maaşlar”.
Meydan Tv
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər