RSS
 

Login:
Şifrə:
» » Sərkisyanın qara günləri başlayır

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Sərkisyanın qara günləri başlayır

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-04-2016, 01:15 | Şərh sayı: (0) | Baxılıb: 338

Sərkisyanın qara günləri başlayır


Sərkisyanın qara günləri başlayırErmənistanın keçmiş xarici işlər naziri, hazırda ölkə parlamentinin deputatı olan Vardan Oskanyan yeni siyasi partiya yaratmaqla bağlı mövqeyini qətiləşdirib.
Ixlas.Az musavat.com-a istinadən bildirir ki, sabiq nazir yaradacağı partiya ilə bağlı sabah - aprelin 27-sində rəsmi bəyanatla çıxış edəcək.

Oskanyan bir az öncə yerli jurnalistlərə özü bu barədə açıqlamasında bildirib. Qeyd edək ki, illər öncə ölkəsini birdəfəlik tərk edəcəyi deyilən sabiq nazirin sonralar aktiv siyasi fəaliyyətlə məşğul olacağı və yeni partiya yaradacağı anonsu verilmişdi. Nəhayət, bu ilin martında o, iddiaları təsdiqləmişdi. Lakin son açıqlamasında Oskanyan kimlərlə partiya qurduğunu konkretləşdirməyib. Sadəcə deyib ki, rəhbərliyində olduğu təşkilat bütün qüvvələrlə əməkdaşlıq edəcək. Sabiq nazir bunu da xüsusi vurğulayıb ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın partiyaya heç bir aidiyyatı yoxdur. Ancaq bununla belə, açıqlamalarından görünür ki, V.Oskanyan R.Köçəryandan tamamilə məsafə saxlamağı düşünmür. Dediyinə görə, Köçəryan hakimiyyətinin kifayət qədər çatışmazlıqları olsa da, xarici siyasətdə və bugünkü iqtisadiyyatın formalaşmasında böyük uğurlar əldə edib.

Qeyd edək ki, bir aralar Oskanyanın "Çiçəklənən Ermənistan" fraksiyasında təmsil olunan müstəqil deputat Vaqe Ovannisyanla birgə partiya yaradacağı haqda xəbərlər yayılmışdı. Hər halda yaxın saatlarda keçmiş nazir partiyadaşlarını elan edəcək. Oskanyanın məhz indiki zamanda, aprelin əvvəllərindəki cəbhə uğursuzluqlarının ardınca Ermənistan hakimiyyətinin dayaqlarının zəiflədiyi bir dövrdə partiya yaratmağa qərar verməsi kifayət qədər diqqət çəkir. Şübhəsiz ki, sabiq nazir ölkəsinin düşdüyü ağır situasiyanı nəzərə alaraq belə tezliklə siyasətə aktiv müdaxiləyə qərar verib. Qarabağ danışıqlar

R.Köçəryanın prezidentliyi dönəmində-1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olan V.Oskanyan Qarabağ danışıqlarında iştirak edib və situasiyanı kifayət qədər yaxşı bilir. Açıqlamalarının birində o, rəsmi İrəvanı Qarabağ münaqişəsi ilə bağlı reallıqları gizlətməkdə suçlamışdı. Bu mənada onun Qarabağ cəbhəsində yaranmış yeni situasiyada önə çıxması təsadüf sayıla bilməz. Düzdür, onun Qarabağı güzəştə gedəcəyi də az inandırıcıdır. Lakin V.Oskanyan ölkənin və xalqın düşdüyü vəziyyətə görə hakimiyyətə dəfələrlə etirazını bildirən şəxs kimi heç şübhəsiz hansısa kompromislərə gedilməsini yaxşı anlayır.
Yeri gəlmişkən, Oskanyan düz 8 il əvvəl 2008-ci ilin 10 aprelində xarici işlər naziri kimi postunu indiki nazir Edvard Nalbəndyana təhvil verib. Onun məhv aprel ayında aktiv siyasətə dönüş qərarını verməsinin sətiraltı mənası olmamış deyil. E.Nalbəndyanın XİN başçısı olduğu dönəmdə Ermənistanın xarici siyasətinin tamamilə iflasa uğramaasını isə ermənilər özləri təsdiq edir. Eks-nazir Ermənistanda 2008-ci ilin 1 mart hadisələri zamanı 10 nəfərin ölümü ilə nəticələnən hadisələrin araşdırılması məsələsinin yaradacağı partiyasının gündəliyində olub-olmadığını konkretləşdirməsə də, əlavə edib ki, partiyası bu olayları unutmayacaq və məsələ ilə hüquq mühafizə orqanları məşğul olmalıdır.

Ermənistanın hazırkı rəhbərliyinə daxil olan şəxslərdən fərqli olaraq, daha soyuqqanlı davranışları, ağıllı təhlilləri, realist yanaşmaları ilə bəzən ekspertlərin diqqətini çəkən V.Oskanyan hələ iki il əvvəl Ermənistan hakimiyyətini vəziyyəti dərk edib tədbir tökməyə çağırmışdı. Onun "biz Rusiyanın hörmətini və Qərbin etibarını itirmişik. Yeganə yol - hakimiyyətin dəyişilməsidir. Xalqın səbri tükənib" sözlərini ermənilər indiyə qədər unutmayıb. Son hadisələr bunu bir daha təsdiqlədi.

Tamamilə mümkündür ki, yaxın gələcəkdə Sərkisyan hakimiyyətinə ən ciddi alternativ məhz V.Oskanyan olsun. Bir neçə il öncə Oskanyan hətta ölkənin baş naziri olmağa layiq şəxs kimi təqdim olunurdu. Son zamanlar hiyləgər davranışları, evinə ziyarətə getməsi ilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı neytrallaşdırmağı bacaran S.Sərkisyanın daha çox R.Köçəryandan ehtiyatlandığı bir zamanda Ermənstan siyasətinə yeni bir qüvvə aktiv şəkildə nüfuz etməyə qərar verib. Təbii ki, bu, Sərkisyan üçün gözlənilməz hadisədir. Çünki əksəriyyət əmindir ki, indiki şərtlər daxilində post-Sərkisyan dönəmində ölkənin prezidentinin "Qarabağ klanı"nın nümayəndəsi, "Rusiyanın adamı" statusu qazanmış R.Köçəryan olması az inandırıcıdır. Bu mənada Ermənistan kökənli V.Oskanyan daha şanslı görünür. Onsuz da hakimiyyətinin və həyatının gərgin psixoloji dönəmini yaşayan Ermənistan prezidenti bu gedişlə erməni cəmiyyətində müsbət reputasiyalı Oskanyanın dövriyəyə girməsi nəticəsində heç də xoş olmayan sürprizlə üzləşib.

Sərkisyan onu "qara kölgə" kimi izləyən Oskanyanı siyasət meydanından uzaqlaşdırmaq üçün çox çalışdı. Hətta 2012-ci ildə Ermənistan Baş Prokurorluğunun müraciəti əsasında "Çiçəklənən Ermənistan" fraksiyasının deputatı olan sabiq nazir deputat toxunulmazlığından məhrum edilmişdi. O zaman Oskanyan "Sivilitas" Fondunun rəhbəri kimi Fonda xeyriyyə məqsədi ilə verilən böyük məbləğdə pulu mənimsəməkdə ittiham edilirdi. İllər keçdi və Oskanyan Sərkisyanın büdrəməsindən istifadə edib aktiv fəaliyyətə qərar verdi. Yəqin ki, ona yaşatdıqlarına görə Serjikə cavabları özünü çox gecikdirməyəcək.

Yeri gəlmişkən, Oskanyan revanş qərarını Sərkisyanın növbəti dəfə baba olduğu gün açıqlayıb. Ancaq bu qədər cinayətlərinin qarşılığında Serjikin istefadan sonra Rita ilə qız nəvələrini başına yığıb sakit ömür sürə yaşayacağı mümkün görünmür. İstefaya getsə belə, hakimiyyəti dönəmində Ermənstanda və Qarabağda axıtdığı qanlara görə ən azı erməni xalqına hesabat vermək lazım gələcək...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor