Cəbhəboyu rayonlarda 34 min kv.m-ə yaxın ərazi yoxlanılıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-04-2016, 21:52 | Şərh sayı: (0) | Baxılıb: 259
Cəbhəboyu rayonlarda 34 min kv.m-ə yaxın ərazi yoxlanılıb
Aprelin 19-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəboyu rayonlarda 34 min kv.m-ə yaxın ərazi yoxlanılıb. Bu barədə ANAMA-dan Trend-ə daxil olan hesabatda deyilir.
Aprel 19-da Agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aparılan işlər haqqında hesabat aşağıdakı kimidir:
Tərtər rayonu
Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və 9 600 kv.m. ərazi yoxlanılıb.
Qapanlı kəndi - 4 ev və həyətyanı sahədə 9 partlayış yerinə baxış keçirilib, 9 partlamış sursat aşkar edilib və 12 000 kv.m. ərazi yoxlanılıb.
Cəmi: 6 ev və həyətyanı sahə, 13 partlayış yeri və 21 600 kv.m. ərazi yoxlanılıb.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 4 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 4 partlamış sursat aşkar edilib və nəticə etibarilə 480 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - şəhər və ətrafında 11 partlayış yerinə baxış keçirilib, 11 partlamış sursat aşkar edilib və 2 970 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Evoğlu kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 3 700 kv.m ərazi yoxlanılıb.
Təzəkənd kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış sursat aşkar edilib və 5 000 kv.m ərazi yoxlanılıb.
Cəmi: 3 əkin sahəsi, 4 partlayış yeri və 8 700 kv.m ərazi yoxlanılıb.
19 aprel 2016-cı il tarixində Agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 3 əkin sahəsi və 33 750 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə, ANAMA tərəfindən 7-19 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 288 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 137 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər