Mobil telefonları cibində keçirmək istədi, amma.... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 22:43 | Şərh sayı: (0) | Baxılıb: 247
Mobil telefonları cibində keçirmək istədi, amma....
21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar
Çantasında və ciblərində gizlətdiyi mobil telefonlar aşkara çıxarıldı.
ANS PRESS-in məlumatına görə, gömrükçülər üç adda 21 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar.
Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamal Eyvazov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb və ona məxsus çantaya və üzərinə baxış keçirilib.
Yoxlamadan əvvəl sorğu-sual zamanı K.Eyvazov çantasında və üzərində gömrük nəzarətinə təqdim ediləsi əşyanın olmadığını bildirsə də, onun qeyri-səmimiliyi diqqət çəkib. Yoxlamanın nəticələri isə gömrükçülərin şübhələrini təsdiqləyib.
Çantadakı şəxsi əşyaların arasından 8 ədəd “ASUS Zenfone GO” və 1 ədəd “İphone 6S” markalı mobil telefon aşkar olunub.
K.Eyvazovun üzərində şəxsi yoxlama zamanı isə əynindəki pencəyin və gödəkcənin ciblərindən 11 ədəd “Samsung Galaxy Grand Prime” və daha 1 ədəd “ASUS Zenfone GO” markalı mobil telefon aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər