"Qəlpələr oğlumun yanından keçib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-12-2015, 22:22 | Şərh sayı: (0) | Baxılıb: 295
Hacı Qürbət - Moizələr 2015
Erməni silahlı bölmələri Azərbaycan Ordusunun Ağdam rayonunun təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutub. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, erməni tərəfi ötən gecə dinc sakinlərə qarşı artilleriyadan da istifadə edib. Atılan mərmilərdən biri Ağdamın Paşabəyli kəndi ərazisinə düşüb. Kənd sakini Rahilə Quliyevaya məxsus həyətyanı sahədə partlayan mərminin qəlpələri evin pəncərələrinin şüşələrini sındırıb.
Ev sahibinin sözlərinə görə, qəlpələr həmin vaxt çöldə olan oğlunun yanından keçib:
"Mən içəridə idim. Böyük oğlum çölə çıxmışdı. Səsə çıxdıq, gördüm ki, nəsə partladı. Partlayanda baxdıq ki, qapıya düşüb. Qapı-bacanı bu günə qoyub".
Partlayış nəticəsində yaralanan olmayıb. Atılan mərmilər digər sakinlərin yaşadığı evlərə də ziyan vurub. Atəş səsləri gecə saatlarında cəbhə boyu ərazilərdə aydın eşidilib. Ermənistan Silahlı Qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat isə aşkarlanaraq Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə vurulub. Ermənistan hərbi birləşmələrinə məxsus sığınacaqda olan hərbi texnika da Silahlı Qüvvələrimizin bölmələri tərəfindən məhv edilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər