Dörd rayonda partlamamış sursatlar zərərsizləşdirildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-04-2016, 23:17 | Şərh sayı: (0) | Baxılıb: 211
Dörd rayonda partlamamış sursatlar zərərsizləşdirildi
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Milli Agentlik (ANAMA) tərəfindən 7-11 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam və Goranboy rayonlarında 121 ev və həyətyanı sahəyə baxış keçirilib, 12 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.
ANAMA-dan Trend-ə verilən məlumata görə, bu barədə 7-11 aprel 2016-cı il tarixlərində Agentlik tərəfindən Tərtər, Ağcabədi, Ağdam və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda bildirilir.
Tərtər rayonu
Qapanlı kəndi - 42 ev və həyətyanı sahəyə baxış keçirilmişdir. 2 (iki) ədəd 85 mm-lik top mərmisi, 1 (bir) ədəd 122 mm-lik top mərmisi və 4 (dörd) ədəd 120 mm-lik top mərmisi aşkar edilərək götürülmüşdür.
Həmin sursatların ətrafinda 5400 kv.m ərazi yerüstü yoxlanılmış və heç bir təhlükəli sursat aşkar edilməmişdir.
Qarağacı kəndi - 10 ev və həyətyanı sahəyə baxış keçirilmiş və sursatların tam partladılmış olması müəyyən edilmişdir.
Ümumilikdə, Tərtərin Qapanlı və Qarağacı kəndlərində 07-11 aprel 2016-cı il tarixlərində 7-ədəd partlamamış hərbi sursat götürülərək zərərsizləşdirilmişdir.
Ağcabədi rayonu
Yuxarı Qiyaməddinli kəndi - 1 (bir) evin həyətyanı sahəsinə düşmüş 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunmuşdur. Ərazidə 1000 kv.m sahə yerüstü yoxlanılmış və heç bir təhlükəli sursat aşkar olunmamışdır.
Mirzəhaqverdili kəndi - kənd sakini Əbülfəz Zeynalovun həyətinə baxış keçirilmiş və düşən sursatın tam partlamış olması müəyyən edilmişdir.
Ağdam rayonu
Təzəkənd kəndi - kənd sakini Malik Əliyevin həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətdəki tikilinin küncündə 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunmuşdur və zərərsizləşdirilmişdir. Ərazidə 800 kv.m həyətyanı sahə yerüstü yoxlanılmışdır. Kəndin ərazisində əlavə sursat aşkar edilməmişdir.
Orta Qərvənd kəndi - 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunmuş və zərərsizləşdirilmişdir. Həmin sursatın ətrafinda 1100 kv.m əraziyə yerüstü baxış keçirilmişdir.
Çıraqlı kəndi - 2 (iki) evə top mərmisi düşərək partlamışdır.
Mahrızlı və Zəngişalı - kəndlərində 7 (yeddi) evə düşən qrad mərmilərinin yeri yoxlanılmış və raketlərin partlamış hissələri 1.5-2.5 metr dərinlikdən çıxarılmışdır.
Ümumilikdə, Ağdam rayonunun 5 kəndində (12 ərazidə) tək sursat əməliyyatı aparılıb, 2 (iki) ədəd 122 mm-lik partlamamış top mərmisi götürülərək zərərsizləşdirilmişdir. 2 top mərmisi və 7-ədəd qrad mərmisinin düşdüyü ərazi yoxlanılmış və sursatların qalıqları çıxarılmışdır.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndində - 52 ev və həyətyanı sahələrə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbinin ərazisinə düşən 47 (qırx yeddi) ədəd BM-21 qrad raketi və 16 (on altı) ədəd top mərmilərinin düşüb partladığı ərazilər yoxlanılmış və sursatların qalıqları çıxarılmışdır. 1 (bir) ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar olunaraq zərərsizləşdirilmişdir.
Hazırda Agentliyin xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər