15 milyon şiə Şeyxin yolunu gözləyir! |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-02-2016, 16:16 | Şərh sayı: (0) | Baxılıb: 308
15 milyon şiə Şeyxin yolunu gözləyir!
Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakiyə yaxın insanlardan olan Mustafa Əhməd deyir ki, təəssüf ki, şeyxlə bağlı heç bir yeni xəbər yoxdur.
Maide.az xəbər verir ki, 598.ir saytına müsahibə verən M.Əhməd bildirib ki, Şeyx Zəkzaki həbsxanada deyil. Paytaxtda naməlum yerdə həbsdə saxlanılır. "Bizə onun haqqında nəsə soruşmaq icazəsi də verilmir. Məlum olan budur ki, Şeyx iki həftə Fransada müalicə alandan sonra ölkəyə qaytarılıb. Bəziləri iddia edir ki, Şeyx ordu zabitlərindən birinin evində saxlanılır. BMT-nin Nigeriyadakı nümayəndəliyi qarşısında aksiya keçirdik. Amma heç bir nəticəsi olmadı..."
M.Əhməd əlavə edib ki,hətta ailəsi də Şeyxlə görüşə bilmir. "Oğlu və qızı Şeyxlə görüşmək üçün müraciət etsə də rədd cavabı verildi. Nə vəkil, nə həkim şeyxin yanına buraxılır. Şəhidlərin cəsədlərini də təhvil vermirlər. Minə yaxın müsəlmanın aqibəti məlum deyil. Bilinmir həbsdədirlər, yoxsa şəhadətə çatıblar. Nə dərəcədə doğru olduğunu deyə bilmərəm, amma cəmiyyətimizdən bir nəfər Şeyxlə qısa müddət görüşdüyünü bildirir. Təbii ki, onu qətlə yetirməyə qorxurlar. Hakimiyyət yaxşı bilir ki, Nigeriya Ərəbistan deyil. Nigeriyada 15 milyon şiə Şeyxin yolunu gözləyir. Əgər Şeyx qətlə yetilisə iki gün ərzində hakimiyyət cəzalandırılacaq. Sadəcə şiələr ələ silah almaq istəmir. Bununla belə Şeyx Zəkzakinin Şeyx Nimr kimi məzlumanə qətlinə yol vermərik."
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər