Yuxuda da Allahı yad etmək |
Müəllif: L-e-y-l-a | Bölmə: Məqalələr | Vaxt: 17-12-2015, 00:14 | Şərh sayı: (0) | Baxılıb: 487
Yuxuda da Allahı yad etmək
YUXUDA DA ALLAHI YAD ETMƏK
Doktor Səbati deyir: Bir gün nahara dostlardan birinin evində qonaq idik. Yemək yeyəndən sonra hamı istirahətə başladı. Mən gözlərim yumulu halda uzanmışdım. Bu halda Allahı yad edir və bu barədə fikirləşirdim. Bu zaman qarşımda uzanan cənab Şeyx məni görüb dostlara belə tövsiyə etdi: Yuxuda da gərək Allahı yad edəsən.
Yuxuda da Allahı yad etmək barəsində etdiyi tövsiyəni mən yalnız həmin yerdə eşitdim, daha başqa vaxtlar bu sözü heç bir yerdə eşitmədim.
Yuxuda da Allahı yad etmək
BƏRZƏXDƏN XƏBƏRDARLIQ
Şeyxin dostlarından biri belə nəql edir: Bir gün Şeyxin hüzurunda idim, buyurdu: Bərzəxdə bir cavanı gördüm, o deyirdi: Siz bilmirsiniz ki, burada nə xəbərlər var?! Bura gələndən sonra başa düşəcəksiniz. Allahdan başqası üçün çəkdiyiniz hər bir nəfəs sizin ziyanınıza tamam olacaq.
Yuxuda da Allahı yad etmək
BƏ᾽Zİ ZİKRLƏRİN XÜSUSİYYƏTLƏRİ
Şeyxin məktəbində zikrin xasiyyətləri barəsində söhbət edərkən unutmamalıyıq ki, onun məktəbi nəticə məktəbi deyil, məhəbbət məktəbidir. O kəs nəticə hasil edər ki, Allahdan başqa heç nə istəməsin, hətta öz kamalını belə nəzərə almasın. Buna əsasən zikrin tə᾽siri hər nə olsa belə, onda əsas məqsəd Allahdan başqaları olmamalıdır.
Yuxuda da Allahı yad etmək
İKİ ZİKRƏ DAHA ÇOX TƏ᾽KİD
Şeyxin müridlərindən biri belə deyir: Şeyx istiğfar edib salavat göndərməyə daha çox əhəmiyyət verirdi. O, başa düşmüşdü ki, bu iki zikr Allaha doğru seyr edənlərin sanki iki qanadıdır. O, buyururdu: Hər kəs həyatında çoxlu salavat göndərsə, ölüm zamanı Peyğəmbər (s) onun dodaqlarından öpər.
NƏFSƏ QƏLƏBƏ ÇALMAQ ÜÇÜN
1. «La hovla vəla quvvətə illa billahil-əliyyil-əzim» zikrini daimi təkrarlamaq;
2. «Ya daimu, ya qaim» zikrini demək;
3. İnadkar nəfsi məğlub etmək üçün sübh və axşam on üç dəfə, yaxud yüz dəfə «Allahummə ləkəl-həmdu və iləykəl-müştəka və əntəl-müstəanu» duasını oxumaq;
Yuxuda da Allahı yad etmək
4. Hər gecə yüz dəfə «Ya zəkiyyut-tahiru min kulli afətin bi qudsihi» duasını oxumaq.(Bu zikr həzrət İdris (ə)-ın dualarının bir hissəsidir. «Misbahul-müctehid», səh.601.)
Cənab Şeyx nəfsə qələbə çalmaq üçün qeyd olunası axırıncı zikrlərə daha çox tə᾽kid edərək buyururdu: Mən özüm ondan istifadə etmiş və bu yolla varid olmuşam. Hətta bir gün onu o qədər təkrarladım ki, axırda nəfsim öldü. Öz-özümə dedim ki, bunu o qədər davam etdirəcəyəm ki, vücudum yoxluğa çevrilsin. Bəşər təbiyyətinin tələbinə uyğun olaraq onu təkrarlamaqdan qafil oldum, bu zaman öz nəfsimi dirilmiş gördüm. Mə᾽lum oldu ki, hər kəs dünyaya diqqət yetirsə nəfsi güclənər. Bu zikrin oxunuşu nəfsə qələbə çalmaq üçün çox tə᾽sirlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər