“NBCBank”ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb - RƏSMİ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-02-2016, 01:59 | Şərh sayı: (0) | Baxılıb: 291
“NBCBank”ın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb - RƏSMİ

Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan bildirilib.
Məlumatda qeyd olunur ki, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib.
"Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş öhdəliklərin icrasına başlanılıb. Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib.
Onu da bildiririk ki, konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər