"Texnika Bank" bağlanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 15:36 | Şərh sayı: (0) | Baxılıb: 467
"Texnika Bank" bağlanıb

Bankın idarə heyətinin sədri Etibar Əliyevin Musavat.com-a verdiyi açıqlamaya görə, yaranmış vəziyyətlə bağlı belə bir qərar qəbul edilib və bank rəhbərliyi bunu anlayışla qarşılayır.
Xatırladaq ki, ötən ilin oktyabr ayının 27-də E.Əliyev "Texnikabank"ın rəhbərliyinə yenidən qayıtmış və bankı inkişaf etdirmək üçün bir sıra yeniliklərə imza atmış, yeni layihələrin həyata keçirilməsinə start vermişdi.
***
"AMB-nin İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib", - deyə məlumatda bildirilib.
“Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən Banka müvəqqəti inzibatçı təyin edilib.
AMB bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər