Yeni nazir aparat rəhbəri təyin etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 15:38 | Şərh sayı: (0) | Baxılıb: 715
Yeni nazir aparat rəhbəri təyin etdi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat həyata keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Əli İzzət oğlu Abdullayev qurumun Aparat rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ə.Abdullayev 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.
O, 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.
Xatırladaq ki, nazirliyin bundan öncə aparat rəhbəri Vidadi Zeynalov olub. O, “MTN işi” ilə əlaqədar ötən ilin oktyabr ayının 27-də həbs olunub.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər