Nazir təyin olunan 39 yaşlı Ramin Quluzadə kimdir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 15:08 | Şərh sayı: (0) | Baxılıb: 1460
Nazir təyin olunan 39 yaşlı Ramin Quluzadə kimdir?

“Qafqazinfo” xəbər verir ki, bu vəzifədən əvvəl o, ötən ilin noyabrında nazirin birinci müavini təyin olunmuşdu.
Ramin Quluzadə həmin vəzifəyə qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.
Ramin Quluzadə Azərbaycan prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, eks-Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər