Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni rəhbər təyin olunub |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 15:29 | Şərh sayı: (0) | Baxılıb: 285
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni rəhbər təyin olunub
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin yeni Baş direktoru məlum olub. Xeberler.az-ın məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Babayev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Baş direktorunun səlahiyyətlərini icra edəcək.
Rövşən Babayevin artıq bir neçə gündür Baş direktor olaraq fəaliyyətə başladığı bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl “MTN işi” ilə bağlı Birliyin Baş direktoru Beytulla Hüseynov vəzifəsindən azad edilərək həbs olunub.
Ötən ilin sonlarında əvvəllər AzTelekomda çalışan Razi Tağıyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni texniki direktor vəzifəsinə təyin edilib. Bu günə qədər bu qurumun Baş direktorunun səlahiyyətlərini Razi Tağıyev icra edirdi.
Qeyd edək ki, Rövşən Babayevin təyinatı ilə bağlı rəsmi açıqlama yayılmayıb və nazirliyin rəsmi internet resurslarında bu haqda məlumat verilməyib.
RYTN-nin tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.
BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provayderləri və digər rabitə qurumları daxildir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər