Səudiyyədən önəmli neft açıqlaması |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 15:37 | Şərh sayı: (0) | Baxılıb: 246
Səudiyyədən önəmli neft açıqlaması
OPEK və qeyri-OPEK ölkələrin əməkdaşlıq etməsi şəraitində Səudiyyə Ərəbistanı neft bazarını idarə etməyə hazırdır.
Ixlas.Az xəbər verir ki, bu barədə OPEK-dəki mənbə Səudiyyə Ərəbistanının “Əl-Həyat” qəzetinə bildirib.
Ötən həftə Rusiyanın energetika sahəsində çalışan rəsmi şəxslərinin Səudiyyə Ərəbistanından neft istehsalı haqqında təkliflər gəldiyi və Səudiyyə rəsmilərinin görüşməyə hazır olduqları barədə açıqlamalarından sonra “qara qızılın” qiymətləri yüksəlmişdi.
OPEK-dəki mənbə onu da vurğulayıb ki, İran üzərindən sanksiyaların qaldırılmasından sonra, bu ölkənin bazara təqdim edəcəyi neftin miqdarı məlum olmadığı üçün OPEK-in fövqəladə iclas keçirməsi hələ tezdir.
“İranın bazara verə biləcəyi neftin miqdarı növbəti 2 ayda da bəlli olmayacaq”, - mənbə əlavə edib.
Qeyd edək ki, OPEK neftin qiymətində baş verən kəskin enmə nəticəsində Venesuelanın nağd pul ilə bağlı sıxıntısı ilə əlaqədar fövqəladə iclas keçirilməsini dəyərləndirir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər