Azərbaycana keçən erməni ailəsindən xəbər var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 07:40 | Şərh sayı: (0) | Baxılıb: 222
Azərbaycana keçən erməni ailəsindən xəbər var
Novella Cəfəroğlu: “Azərbaycanda yaşamalarından çox razıdırlar...”
Ötən il sentyabrın 17-də Azərbaycana keçən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan son aylarda mətbuatın gündəmindən düşüb. Hazırda erməni ailəsinin harada yaşaması, işlə təmin olunub-olunmamaları məlum deyil.
Erməni ailəsinin xahişi ilə onların ölkəmizə gəlməsində böyük rol oynayan hüquq müdafiəçisi Novella Cəfəroğlu onlarla daim maraqlandıqlarını bildirdi: “Gələn həftə həmin erməni ailəsi daha ciddi maraqlanacağıq. Ondan sonra mətbuata bu barədə geniş açıqlama verəcəm. Onlarla daim diqqətimizdədir. Əlaqələrimiz var. Həmkarlarım erməni ailəsi ilə tez-tez görüşürlər. Ümumi vəziyyətləri normaldır. Hazırda yaxşı yerdə yaşayırlar. Erməni ailəsinə ölkəmizdə vətəndaşlıq verilib-verilməməsini bu həftə açıqlayacağıq. Onu deyim ki, Azərbaycanda yaşamalarından çox razıdırlar”.
Xatırladaq ki, erməni ailəsi ötən il sentyabrın 17-də düşmən ölkədəki zülmlərdən canlarını qurtararaq, Azərbaycana qaçmışdı. Ölkəmizdə yüksək səviyyədə qarşılanan Vaan Martirosyan və ailəsinin aqibətinin necə olacağı hələ də məlum deyil. Erməni ailəsi qanunla ya üçüncü ölkəyə təhvil verilməli, ya da Azərbaycan vətəndaşlığı verilməlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər