Ordumuz düşmən qərargahını vurdu, polkovnik və daha bir neçə erməni hərbçi öldü |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 21:14 | Şərh sayı: (0) | Baxılıb: 495
Ordumuz düşmən qərargahını vurdu, polkovnik və daha bir neçə erməni hərbçi öldü
İnternet resurslarında Azərbaycan artilleriyasının işğal altındakı ərazilərdə Ermənistan ordusunun mövqelərinə sərrast zərbə endirməsinə dair görüntülər yayılıb.
Virtualaz.org saytı xəbər verir ki, pilotsuz kəşfiyyat təyyarəsindən çəkilmiş görüntülərə əsasən, erməni ordusunun təmas xəttində, yaxud təmas xəttinə yaxın yerləşən mövqelərində əvvəlcə "pikap" tipli avtomobillər və bir neçə hərbçi görünür.
Daha sonra bir-birinin ardınca artilleriya mərmiləri partlayır və düşmən qüvvələrinin mövqeləri dəqiq zərbələrə məruz qalır.
Bu zaman həmin mövqelərdə olan erməni hərbçilərin öldüyü və yaralandığı şübhəsizdir.
Videokadrları report.az saytı internet mənbələrinə istinadən yayıb.
Məlumata görə, ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub. Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunyan Cəlal Anatolyeviç də var.
Bu hadisənin nə vaxt baş verdiyi məlum olmasa da, ehtimal edilir ki, videokadrlar Azərbaycan ordusunun düşmən mövqelərinə bir gün əvvəl endirdiyi zərbələri əks etdirir.
Dekabrın 4-nə keçən gecə Ermənistan qüvvələri bir neçə istiqamətdən ordumuzun mövqelərinə həmlə etməyə cəhd edib. Bu zaman Azərbaycan ordusunun bölmələri düşmənin həmlələrinin qarşısını alıb və əks-zərbələrlə onu geri oturdub. Düşmənin xeyli tki verdiyi bildirilsə də Dağlıq Qarabağdakı rejimin "müdafiə nazirliyi" cəmi bir hərbçinin öldüyünü təsdiq etmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər