RSS
 

Login:
Şifrə:
» » “Dollarla kredit problemini Mərkəzi Bank həll etməlidir” – Fikrət Yusifov

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






“Dollarla kredit problemini Mərkəzi Bank həll etməlidir” – Fikrət Yusifov

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 09:07 | Şərh sayı: (0) | Baxılıb: 208

“Dollarla kredit problemini Mərkəzi Bank həll etməlidir” – Fikrət Yusifov


“Dollarla kredit problemini Mərkəzi Bank həll etməlidir” – Fikrət Yusifov“İndiki dönəmdə hər bir məmur bütün çətinlikləri göz önünə gətirib mümkün olan hər bir addımı atmalıdır ki, vətəndaşlar narazı qalmasın”
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovun müsahibəsini təqdim edirik:

- Ölkə prezidentinin son bir ay ərzində keçirdiyi üç müşavirədə praktik olaraq Azərbaycan iqtisadiyyatının yeni müstəviyə keçidi konsepsiyası ortaya qoyuldu. Sizcə bu konsepsiyanı reallaşdırmaq şansları nə qədər gerçəkdir?

Əslində belə bir kurs 12 il bundan öncə götürülüb. Lakin bu istiqamətdə görülən bütün işlərlə yanaşı, neft pullarının yaratdığı bir ətalət də mövcud idi. Neftin qiymətlərində baş verən kəskin enişlər isə situasiyanı kökündən dəyişdı. Artıq bu sahədə işləri öz axarı ilə aparmaq mümkün deyildi. Elə bu səbəbdəndir ki, Prezident keçən ilin sonlarından başlayaraq real sektorun qarşısında maneəyə çevrilmiş bütün məqamların aradan qaldırılması istiqamətində ciddi addımlar atmağa başladı. Yoxlamaların dayandırılması, lisenziyaların verilməsindəki sadələşmələr, gömrük sistemindəki manopoliya buzunun sındırılması, vergi islahatları, bank sistemindəki islahatlar, struktur islahatları və sairə istiqamətlərdə atılmış addımlar bunu təsdiq edir.

- Sizcə, real sektorun sürətli inkişafını təmin etməklə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaq mümkün olacaqmı?

- Əlbəttə, mümkündür. Lakin burada bir vacib məqam var. Hesab edək ki, biz yeni bir avtomobil düzəldirik. Bu avtomobilin mükəmməl bir nəqliyyat vasitəsi olması üçün onun bütün komponentləri eyni səviyyədə keyfiyyətli çalışa bilməlidi. Bu komponentlərdən biri işləməsə və ya pis işləsə deməli avtomobil ya pis işləyəcək ya da ümumiyyətlə işləməyəcək. Bax, iqtisadiyyatın yeni müstəviyə keçidi də eyni prinsiplərə söykənəcəkdir. Yeni mexanizim bütün komponentləri tam çalışdığı halda nəticələr verəcək. Məsələn, deyək ki, inhisarçılıq 100% aradan qaldırılmasa onda yeni mexanizmin uğurlu işi alınmayacaq. Ona görə də bu komponentlərin hər birinin tam işləməsi təmin olunmalıdır.

- Bank sistemində islahatlar iqtisadiyyatın yeni müstəviyə keçidində nə kimi rol oynaya bilər?

- İslahatların uğurlu olması üçün müasir bank sistemi qurulmalı və dövrün tələblərinə cavab verən pul-kredit siyasəti aparılmalıdır. Mərkəzi Bankın müəyyən etdiyi pul-kredit siyasəti o qədər təkmil olmalıdır ki, yeni iqtisadi siyasətin mükəmməl işləməsini təmin edə bilsin. Baxın, əgər iqtisadiyyatı canlı bir varlığa bənzətsək, onda onun damarlarındakı qan pul-kredit sistemidir. Əgər bu sistemin normal fəaliyyəti yoxdursa, deməli, damarlarda axan qan xəstədir və bu xəstə qan orqanizmin başqa üzvlərini də tezliklə sıradan çıxarmağa başlayacaq və sonda onu tamamilə çökdürəcək. Bu gün ölkənin maliyyə sistemində yaranmış müəyyən gərginliklərin kökündə məhz pul-kredit siyasətində yol verilmiş səhvlər dayanır.

- Fikrət müəllim, necə düşünürsünüz, manatın bir il ərzində iki dəfə kəskin devalvasiyaya uğramasından qaçmaq olardımı? Nə etmək lazım idi ki, sonda kəskin addımlar atılmayaydı?

- Bu sualı ilk növbədə Mərkəzi Bankın rəhbərliyinə vermək lazımdır. Mən bununla bağlı öz fikirlərimi mətbuat səhifələrində bir neçə dəfə səsləndirmişəm. Bilirsiniz, 2008-ci ildə dünyada maliyyə böhranı başlayanda Mərkəzi Bank artıq bir qədər uzağa baxmağa çalışmalı idi. Böyük neft pulları gəlməyə başladıqdan sonra manatı bahalaşdırmaqdan, pul-kredit sistemini maksimum dollarlaşdırmaqdan başqa yol yox idimi? Təbii ki, var idi. Ancaq Mərkəzi Bank heç bir perspektiv vəd etməyən yolu tutdu. Ən azı dünyada böyük neft pulları əldə edən qabaqcıl ölkələrin təcrwbəsini öyrənmək lazım idi. Bunu ona görə etmək lazım idi ki, qeyri-neft sektorundan ixracı stimullaşdırmaq mümkün olsun. Bunu həm də ona görə etmək lazım idi ki, ölkə Prezidenti hələ böyük neft pulları gəlməzdən 4 il öncə “Biz nefti yaddan çıxarmalı, iqtisadiyyatımızı elə qurmalıyıq ki, sanki biz neft ölkəsi deyilik” demişdi. Bax, Mərkəzi Bank ölkənin pul-kredit siyasətini müəyyən edərkən bu kursu əlində rəhbər tutmalı idi. Çünkü bu, ən doğru yol idi.

- Bəlkə doğrudan da böyük neft pullarının daxil olduğu dövrdə başqa siyasət aparmaq real deyildi?

- Hər şey real idi. İqtisadiyyatı dirçəltmək üçün ona yatırımlar etmək gərəkdir. Bir ölkə daxilində bütün yatırımların – hətta xaricdən gələn kapitalın milli valyutada yatırılması labüddür. Deməli, bank sistemi bir tərəfdən yatırım üçün xaricdən daxil olmuş vəsaitləri alıb onu manatla təmin etməli, digər tərəfdən də neft pullarının böyük bir qismini alıb, əvəzində dövriyyədə manat kütləsini artırmalı idi. Bu yolla 15 milyard dollar deyil, bundan bir neçə dəfə çox valyuta rezervləri yaratmaq olardı. Maraqlı bir məqamı diqqətinizə çatdırım. Bu gün dövriyyədə lazım olandan ən azı 2 dəfə az manat kütləsi var. Düşünməyin ki, Mərkəzi Bank təkcə manatın zəifləməsinin qarşısını almaq üçün dövriyyədə onun kütləsini azaldıb. Xeyir, bu belə deyil. Mərkəzi bank bu siyasəti eyni qayda ilə artıq 1990-cı illərin ikinci yarısından etibarən aparır. Nəzəriyyədə bu siyasət yolveriləndir. Məsələn, əgər ölkə iqtisadiyyatı ciddi maliyyə böhranı keçirirsə, bu, böhranı daha tez tənzimləməyin yolllarından biri də dövriyyədə milli valyutanın kütləsini azaltmaqdır. Ancaq belə siyasətin ömrü iki ildən artıq ola bilməz. Bizim Mərkəzi Bank isə bu sahədə bütün rekordları sındırdı...

- Siz belə bir fikir səsləndirmişdiz ki, dollarlaşma bizim pul-kredit sistemimizə ciddi təhlükə yaradıb. Axı əslində dollar elə bir valyutadır ki, o dünyanını hər yerində işləyir və dünyada aparılan hesablaşmaların böyük bir qismi bu valyuta vasitəsilə həyata keçirilir.

- Bəli, beynəlxalq ticarət əlaqələrinin və digər hesablaşmaların aparılmasında bu valyuta başlıca rol oynayır. Ancaq o, milli valyuta olan yerdə önə keçərsə bu, gec tez ölkə iqtisadiyyatı üçün ciddi fəsadlar yaratmalıdır. Mərkəzi Bank bütün ölkənin pul-kredit sistemini dollar yorğanına bürüyəndə gərək düşünəydi ki, bu, səhv siyasətdir və bu, bir gün öz acı nəticəsini göstərəcək. Əgər ölkənin Konstitusiyası deyirsə ki, ölkəmizdə manat yeganə ödəniş vasitəsidir, deməli, hər şey bu müddəaya söykənməli idi. Ölkədə qanunla pul-kredit siyasətini Mərkəzi Bank müəyyən edir. Ümumiyyətlə, tarix boyu dünyada baş vermiş bütün iqtisadi böhranların, maliyyə böhranlarının kökü həmişə banklardan, onların atdığı səhv addımlardan qaynaqlanıb. 2007/2008-ci illərin maliyyə böhranı ilə başlamış və sonradan bütün dünyanı bürümüş iqtisadi böhranın da kökü ABŞ banklarının sabun köpüyü şəkilində şişirtdikləri ipoteka kreditləşməsindən qaynaqlandı.

- Necə düşünürsünüz, dollarla götürülən kreditlərin məzənnə fərqi nəticəsində yaranmış yeni manat yükünü kim çəkməlidir? İnsanlar narahat şəkildə Mərkəzi Bankın hansı addımlar atacağını gözləyirlər.

- Əvvəlcə onu deyək ki, yaranmış situasiyada insanların heç bir günahı yoxdur. Bu məsələdə hökumətin mövqeyi bəllidir. Hesab edirəm ki, Hökumət məsələnin məhz vətəndaşların vəziyyəti nəzərə alınaraq həll olunmasına maraqlıdır. Lakin burada Mərkəzi Bankın mövqeyi də əsas götürülür. Yəni bu qurum, hamını inandırmağa çalışır ki, hansısa güzəştlər maliyyə intizamsızlığına səbəb olacaq. Hesab edirəm ki, əlaqədar şəxslər məsələnin mürəkkəbləşməsinə xidmət edən açıqlamalardan uzaq durmalıdırlar. Hamımız bilirik ki, vətəndaşlar öz xoşları ilə gedib dollarla kredit götürməyiblər. Ehtiyac ucundan banka müraciət edən vətəndaşa məhz bir variant - dollarla kredit təklif olunub. O da çıxılmaz vəziyyətdə qalaraq müvafiq sənədlərə imza atıb. İndi biz bu məsələdə ancaq hüququn dili ilə danışa bilmərik. İndiki dönəmdə məsələnin mənəvi tərəfi heç bir halda nəzərdən qaçmamalıdır. Əgər Mərkəzi Bank problemin həllini öz üzərinə götürməsə, həm əhali üçün və həm də banklar üçün çox ciddi problemlər yarana bilər. Təsəvvür edin ki, ölkədə problemli kreditlərin həcmi elə bir həddə çata bilər ki, bu, Mərkəzi Bankın özünə əlavə problemlər yaradar. Əgər Mərkəzi Bank mövcud resurslarının azlığına istinad edirsə, onda qoy dövlətin istiqraz vərəqələrini almaqla bu problemi həll etsin. Yox, bunu da istəmirsə, onda qoy xarici borclanmaya getsin. Bir sözlə, bu problemi məhz Mərkəzi Bank həll etməlidir. Ortada cənab Prezidentin çağırışları var. Bu çağırışlar ancaq və ancaq ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması marağından irəli gəlir. Hesab edirəm ki, indiki dönəmdə hər bir vəzifəli şəxs məhz bu çağırışlardan irəli gələn tələblərə uyğun şəkildə fəaliyyət göstərməli, insanlarda qıcıq yaradan açıqlamalardan çəkinməlidirlər. Bəli, mən bir iqtisadçı kimi başa düşürəm və qəbul edirəm ki, hazırkı maliyyə gərginliyi dövründə xarici valyutada olan kreditlərlə bağlı problemi həll etmək o qədər də asan məsələ deyil. Lakin indiki dönəmdə hər bir məmur bütün çətinlikləri göz önünə gətirib mümkün olan hər bir addımı atmalıdır ki, vətəndaşlar narazı qalmasınlar.

- Necə düşünürsünüz, Azərbaycan qeyri-neft ölkəsi kimi də dünyaya nümunə göstərə biləcəkmi?

- Mən buna əminəm. Cənab Prezidentin götürdüyü kurs, qısa müddət ərzində atılmış addımlar və yaxın dövr üçün nəzərdə tutulan proqramlar deməyə əsas verir ki, biz bu çətinliyi arxada qoyub tam təminatlı bir iqtisadiyyat formalaşdıra biləcəyik. İnanıram ki, Ilham Əliyev Azərbaycanı zəngin qeyri-neft ölkəsinə də çevirə biləcək. Biz dünyaya hələ çox Azərbaycan standartları nümayiş etdirəcəyik. Bu işdə hər birimiz dövlət başçısına dəstək omalı, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor