MDB "NATO-su" vəzifələrini açıqladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-12-2015, 19:10 | Şərh sayı: (0) | Baxılıb: 304
MDB "NATO-su" vəzifələrini açıqladı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin 2025-ci ilədək Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılması və KTMT-nin Böhran Mərkəzinin yaradılması təşkilatın 2016-cı il üçün prioritet vəzifələri olacaq.
Ixlas.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirilir.
"Təşkilatın 2016-cı il üçün prioritet vəzifələri sırasına KTMT-ə üzv olan dövlətlərin 2025-ci ilədək Kollektiv Təhlükəsizlik Strategiyasının razılaşdırılması, KTMT-nin Böhran Mərkəzinin yaradılması, hərbi əməkdaşlığın genişləndirilməsi və terrorçuluqla və üzv dövlətlərin kollektiv təhlükəsizliyinin digər çağırışları ilə mübarizə üzrə fəaliyyətin əlaqələndirilməsi kimi məsələlər daxildir. Həmçinin, regional təşkilat olan KTMT-nin rolunu daha da möhkəmləndirmək və KTMT-nin BMT, ATƏT, MDB, ŞƏT və digər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini genişləndirmək niyyətindəyik", deyə məlumatda qeyd olunur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər