Ukrayna QDİƏT Parlament Assambleyasında iştirakdan imtina edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:56 | Şərh sayı: (0) | Baxılıb: 165
Ukrayna QDİƏT Parlament Assambleyasında iştirakdan imtina edib
Ukrayna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının (PA) iyunda Moskvada keçiriləcək növbəti toplantısında iştirak etməkdən imtina edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qərar Ukrayna Ali Radası xarici işlər üzrə komitəsinin iclasında verilib.
Bununla belə, Ukrayna digər qurum üzvlərini də Assambleyada iştirak etməməyə çağırmaq niyyətindədir.
Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Baş Assambleyası ildə iki dəfə çağırılır. Təşkilata 12 ölkə daxildir: Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər