Azərbaycanın tranzit daşımalarından gəlirləri artacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:23 | Şərh sayı: (0) | Baxılıb: 270
Azərbaycanın tranzit daşımalarından gəlirləri artacaq

Dörd ölkənin müvafiq qurumları rəhbərlərinin keçirdiyi görüşdə müzakirə olunan məsələlərlə bağlı “Yeni Müsavat”a açıqlama verən “Azərbaycan Dəmir Yolları mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, əsasən yüklərin daşınması ilə bağlı danışıqlar aparılıb, növbəti mərhələdə isə tariflər müəyyənləşdiriləcək: “Birinci danışıqlar İranla bağlı idi. Ukraynadan gələn yüklərin Gürcüstan üzərindən Azərbaycan ərazisindən keçirilərək İrana aparılması müzakirə edildi.
Daha sonra 4 istiqamətdə, Gürcüstan, Qazaxıstan,Ukraynaya Avropadan gələn yüklərin Azərbaycan üzərindən daşınmasının həyata keçirilməsi müzakirə olundu. Hər iki istiqamət haqda qərar qəbul olundu. Sadəcə, tariflər tam müəyyənləşməyib. Odessadan, Qara dənizdən və dirgər limanlardan gələn yüklərə baxılıb, tariflər müəyyən ediləcək. Bu görüşlərin faydası odur ki, Azərbaycandan tranzit yükdaşımaları artır, gəlirlər artır. Azərbaycan tranzit ölkə kimi formalaşır və Avropadan gələn yüklərin Azərbaycandan daşınması həyata keçiriləcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər