Ukrayna və Türkiyə hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 21:09 | Şərh sayı: (0) | Baxılıb: 228
Ukrayna və Türkiyə hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinov Ankarada türkiyəli həmkarı Seyfullah Hacımüftüoğlu ilə görüşüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə terrorçuluqla mübarizədə səylərin birləşdirilməsi və hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Ukrayna MTMŞ-in mətbuat xidmətinin məlumatına görə, tərəflər həmçinin terrorçuluğu dəstəkləyən ölkələrə və qanunsuz miqrasiyaya qarşı mübarizədə birgə səy göstərməyə, habelə güc strukturlarının fəaliyyətinin əlaqələndirilməsinə dair razılığa gəliblər.
Turçinovun sözlərinə görə, Ukrayna və Türkiyə siyasi-diplomatik, hərbi-texniki və iqtisadi resursların birləşdirilməsi üçün unikal imkan əldə ediblər. O bunun Qara Dəniz bölgəsində güc balansının pozulmasının qarşısını almaq üçün yaxşı fürsət olduğunu vurğulayıb: “Bizim ölkələr səmərəli regional təhlükəsizlik sisteminin yaradılmasında aparıcı rol oynamalıdırlar”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər