Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 15:41 | Şərh sayı: (0) | Baxılıb: 227
Ukrayna XİN: Donbasda vəziyyət gərginləşib

APA-nın məlumatına görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəliyi bəyan edib. Ukrayna xarici işlər nazirliyi, öz növbəsində, bildirib ki, münaqişə bölgəsində separatçıların Ukrayna Silahlı Qüvvələrinə qarşı təxribatlarının sayı artmaqdadır. Belə ki, yanvarın 17-də Ukrayna ordusunun mövqeləri 48 dəfə, yanvarın 15-16 da isə, müvafiq olaraq, 40 və 36 dəfə atəşə tutulub. “Ukrayna Rusiyanın Minsk razılaşmalarına məhəl qoymadığını beynəlxalq ictimaiyyətin nəzərinə çatdıraraq bildirir ki, Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı bölgələrində vəziyyətin gərginləşməsində məsuliyyəti rəsmi Moskva daşıyır”, Ukrayna XİN-in mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər