| Yeni universal ödəniş sistemi işə salınır | 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 15:43 | Şərh sayı: (0) | Baxılıb: 327
 Yeni universal ödəniş sistemi işə salınır 
 Gələn ay Azərbaycanda yeni "AzerPay" universal ödəniş sisteminin işə salınacağı gözlənilir.
Gələn ay Azərbaycanda yeni "AzerPay" universal ödəniş sisteminin işə salınacağı gözlənilir. Bu barədə Trend-ə "AzerPay" şirkətindən bildiriblər. Sistemin üstünlüyü təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, POS-terminallar vasitəsilə əməliyyatların aparılması və digər imkanlar olacaq.
"AzerPay" hesabını "Azərpoçt" MMC-nin poçt şöbələrində, eləcə də bank kartları və nağd vəsait qəbul edən terminallar vasitəsilə doldurmaq mümkün olacaq.
AzerPay-də təhlükəsizliyin təmin edilməsi üçün bir neçə səviyyəli mühafizə sistemindən (abonent kodu, mobil telefonun nömrəsi, PIN-kod, məlumat mübadiləsinin kombinasiya edilmiş vasitələri) istifadə ediləcək.
Bundan başqa, "AzerPay" istifadəçiləri azerpay.az saytı vasitəsilə ödəniş sisteminə çıxış əldə edəcəklər.
Oxşar Xəbərlər:
    
	İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.




































Şərhlər