500 manatdan çox borcu olanlara QADAĞA |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 00:08 | Şərh sayı: (0) | Baxılıb: 262
500 manatdan çox borcu olanlara QADAĞA
"Komtec" şirkəti (MilliÖN ödəniş terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) "Azərişıq" ASC-nin borcları 500 manatdan artıq olan abonentlərinin ödənişlərinin qəbulunu dayandırıb.
"Komtec"dən bildiriblər ki, MilliÖN terminallarında ödənişlər ASC-nin şirkətə daxil olan sorğusuna müvafiq olaraq dayandırılıb: "Borcları 500 manatdan artıq olan "Azərişıq" abonentləri borcun qismən və ya tam ödənilməsindən asılı olmayaraq, ASC-yə müraciət etməlidirlər. Bu yeniliyin digər terminallarda tətbiq ediləcəyi də istisna edilmir".
"Modenis" şirkətindən isə Trend-ə bildiriblər ki, "eManat" terminallarında da "Azərişıq" ASC-yə 500 manatdan artıq olan borcları ödəmək mümkün olmayacaq: "Bununla belə, şirkətdən ödənişin dayandırılacağı müddəti açıqlamayıblar".
Hazırda Azərbaycanın ödəniş terminalları bazarında "Expressbank" ASC-yə məxsus "ExpressPay" terminalları da var. Bankdan deyiblər ki, "Expressbank"a ASC-dən ödənişlərin dayandırılması barədə sorğu hələ daxil olmayıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər