Azərbaycanda internet kəsintisi bank sektoruna təsir edib |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-11-2015, 09:12 | Şərh sayı: (0) | Baxılıb: 363
Azərbaycanda internet kəsintisi bank sektoruna təsir edib
İnternet kəsiləndə kartı bankomatda qalanlar banka müraciət edib problemi həll edə bilər.
İnternet kəsintisinin banklararası hesablaşmalara, online bankçılığa, pul köçürmələrinə təsir etdiyi bildirilir. Bundan başqa pos-terminallar və bankomatlar internet vasitəsilə bankla əlaqələndirildiyinə görə, kəsinti zamanı bu cihazlar fəaliyyət göstərə bilmir. Şəhərdəki bankomatların əksəriyyətində xidmət göstərilmədiyi bildirilib. Bundan başqa ödəniş terminallarının da işi dayanıb. Bir sözlə vətəndaşların pul çıxarması, ödəniş etməsi mümkün olmayıb.
Ixlas.Az anspress-ə istinadən bildirir ki, "Azərikart" prosessinq mərkəzindən verilən məlumata görə, bankomat və post-terminalların bir qismində məlum problemlə bağlı məhdudiyyət olub. Amma internetə çıxışı olan şəxslər kartla online əməliyyat apara bilər. Milli Kart prosessinq mərkəzinin xidmət etdiyi bankomatların birbaşa xətlə qoşulanları fəaliyyət göstərib, amma GPRS-lə təchiz olunanların işləmədiyi deyilib.
Mütəxəssislər hesab edir ki, internet kəsintisinin banklara əsas təsiri əməliyyatların yubanmasıdır. Yəni, maliyyə təşkilatları vaxt itirəcək. Bank mütəxəssisi Cavid Kərimov isə vaxtın pul olduğunu deyir:
"Vaxt da pul deməkdir. Hansısa əməliyyatı yerinə yetirə bilməyəcək. Bankların ehtiyat serveri olur. Mərkəzi bankın tələbi var bu barədə. Əgər hansısa bank bu tələbi yerinə yetirməyibsə, onlarda müəyyən əməliyyatlar yarıda qala bilər və ya düzgün yerinə yetirilməyə bilər." - deyə Cavid Kərimov bildirib.
İnternet kəsilən an kartı bankomatda qalan, yaxud apardığı əməliyyat yarıda kəsilən vətəndaşlar sorğu ilə prosessinq mərkəzlərinə, banklara müraciət edib problemini həll edə bilər. Bundan başqa maliyyə sektorunda ciddi itki gözlənilmir. Azərbaycanda açıq birja əməliyyatları olmadığından internet kəsintisinin ziyanı da böyük olmayacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər