“Kontakt Home”dan fırıldaq iddiasına - Rəsmi cavab |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 08:13 | Şərh sayı: (0) | Baxılıb: 355
“Kontakt Home”dan fırıldaq iddiasına - Rəsmi cavab
“Kontakt Home” mağazalar şəbəkəsi müştərisi olmuş Çingiz Əliyevin şikayət məktubu ilə bağlı “Qafqazinfo”da dərc edilmiş xəbərə reaksiya verib. Şəbəkə endirim kampaniyası zamanı müştərilərin aldadılması iddiasını qəbul etmədiyini qeyd edib.
Mağazadan daxil olan açıqlamaya görə, vətəndaş Çingiz Əliyev “Kontakt Home” tərəfindən aldığı mesajı düzgün başa düşməyib və məlumatı düzgün oxumaması səbəbindən belə məlumatlar yayılıb:
“Hal-hazırda “Kontakt Home” şəbəkəsində “İlkin ödənişsiz” və “12 ay faizsiz” kampaniyaları keçirilir. Kampaniyalarda “Samsung”, “LG”, “Sony”, “HP”, “Philips” və s. markalı mallar iştirak edirlər. Yuxarıda göstərilən kampaniyalarla yanaşı “Kontakt Home” şəbəkəsində bəzi mallara fərdi kampaniyalar keçirilir, məsələn “LG G FLEX 2” markalı telefonu “LG G WATCH” saatı ilə birlikdə 11 ay kredit müddətinə hər ay cəmi 79 manat ödəniş etməklə və “LG G4” markalı telefonu 11 ay kredit müddətinə hər ay cəmi 99 manat ödəniş etməklə əldə etmək olar. Bununla bərabər “Kontakt Home” şəbəkəsində nəğd alış vaxtı alıcıya 600 manata qədər müxtəlif hədiyyələr təklif oluna bilər”.
“Kontakt Home” bildirir ki, müştəri yuxarıda göstərilən kampaniyalardan yalnız öz seçimi ilə faydalana bilər.
Xatırladaq ki, 2 gün öncə “Qafqazinfo”ya müraciət edən Çingiz Əliyev 759 manat qiyməti olan telefonun ona 1089 manata başa gəldiyini bildirmişdi. Şikayətçi kampaniya şərtləri daxilində (11 aya 99 manatlıq ödəniş) bu qiymətin uyğun olmadığını bildirmişdi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər