“Prezident həm də baş nazir vəzifəsini icra etməlidir” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-01-2016, 13:40 | Şərh sayı: (0) | Baxılıb: 264
“Prezident həm də baş nazir vəzifəsini icra etməlidir”
Rəsul Quliyev Nazirlər Kabinetini ləğv etməyə, icra başçılarının sayını 30-a endirməyə çağırdı
Eks-spiker Rəsul Quliyevin xeber24- ə geniş müsahibəsində Azərbaycanda sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişməsi, böhrandan çıxış yollarından biri kimi hökumət və dövlət qurumlarının sayının ciddi şəkildə azaldılmasının vacibliyini göstərib.
R.Quliyev bildirib ki, nazirliklərin sayını maksimum 7-yə salmaq lazımdır. Məsələn, Maliyyə, İqtisadiyyat və Vergilər nazirlikləri birləşdirilməli işçilərin ümumi sayı 50 faiz, idarə rəhbərlərinin sayı 70 faiz, nazir müavinlərinin sayı cəmi 3 olmalıdır.
Vəzifəlilərə qulluq edən maşınların sayı 90 faiz azaldılmalı və operativ işlə məşğul olan işçilərə qulluq edən maşınların sayı 2 dəfə artırılmalıdır. Bu proses bütün nazirliklərdə baş verməlidir: “Təcili başlanğıc üçün icra başçılarının sayını maksimum 30-a çatdırmaq lazımdır. Məsələn, Göycay, Ucar, Ağsu rayonlarına bir icra başçısı və onun rayonlar üzrə 3 müavinini təyin etmək lazımdır. Əlavə müavin ştatı olmamalıdır. İcra aparatlarında işləyənlərin sayı 50 faiz, maşınların sayı 70 faiz azaldılmalıdır və sair. Nazirlər Kabineti ləğv olunmalıdır. Prezident həm də baş nazir vəzifəsini icra etməlidir. Prezidentin 3 müavini olmalıdır. Xidmət edən maşınlar 70 faiz ixtisar edilməlidir. Lazımsız avadınlıqlar, maşınlar və mülkiyyətlər bazara çıxarılıb satılmalı və gələn pul büdcəyə keçirilməlidir. İxtisara düşənləri işlə təmin etmək üçün sahibkarların qarşısında geniş meydan açmaq lazım gələcək. Məsələn, işçilərinin sayının 10 faizindən çox işçi götürən biznesləri iki illiyə vergidən azad etmək lazımdır. Ümumiyyətlə, ölkəni iflasdan çıxarda bilən, görülə biləcək işlərin cüzi bir hissəsini-təqribən 5 faizini söylədim”.
Rəsul Quliyev onu da deyib ki, reformalara amansızlıqla müqavimət göstərən, sabotaj edənlər var və olacaq: “Nəzərə alsaq ki, bu insanların sayı kifayət qədər olacaq reformaya risk edənlərin işdən başlarının çıxması və qətiyyət əsas şərtdir”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər