Azərbaycana casusluq etdiyi iddia edilən ermənilərdən xəbər var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 23:46 | Şərh sayı: (0) | Baxılıb: 222
Azərbaycana casusluq etdiyi iddia edilən ermənilərdən xəbər var
Azərbaycanın xeyrinə casusluqda ittiham edilən və Türkiyədə yaşayan 4 erməni barələrində irəli sürülən iddiaları rədd edir.
ANS PRESS-in məlumatına görə, bu barədə iş üzrə İrəvan icmalarının ilk iclasında Kenton və Nork Maraş Rafik Papoyanı, Karine Qumaşyanı, Sergey Papoyanı, Diana Qorayanı təqsirləndiriblər.
Bu gün keçirilən prosesdə məhkəmə sübutların araşdırılmalı olduğunu bildirib. Məhkəmə iclası hüquq müdafiəçisi olmadığına görə təxirə salınıb.
Növbəti iclas fevral ayının 10-da keçiriləcək və həmin prosesdə şahidlər dindiriləcək. Qeyd edək ki, adı çəkilən şəxslər Azərbaycanın xeyrinə casusluqda ittiham olunur.
Onlardan biri Diana Qoroyanın 18 yaşı var. O, bütün ittihamları rədd edib.
Diana Qoroyan- casusluqda ittiham edilən qız
Qızın vəkili Liana Qasparyan deyib ki, müdafiə etdiyi şəxsdə belə bir məlumat olmayıb və cinayət işində onun müqəssir olduğunu sübuta yetirən fakt yoxdur.
Hadisə baş verən vaxt qızın 17 yaşı olub.
İş üzrə bir neçə nəfərin də adı hallanırdı. İşin fiqurantlarından olan Rafik Paponyan, onun oğlu Sergey Paponyandır. İddiaya görə, onları Azərbaycan xüsusi xidmət orqanlarının Seyran adlı əməkdaşı Türkiyədə casusluğa cəlb edib. Ermənilər Qarabağdakı separatçı rejimdəki hərbi hissələrdən birində muzdlu olmalı idi.
Diana Qoroyan əmisi qızı Karine Qumaşyan isə guya 2013-cü ildə Tbilisidə casusluğa cəlb olunub. Karinann Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi olan Armanla tanışlığından xəbəri olmasında ittiham edilir. Qız bunun dövlətə xəyanət olduğunu bilərək gizlətdiyi və hüquq-mühafizə orqanlarına xəbər vermədiyi üçün günahkar bilinir.
Rafiq və Karina həbs edilib, Sergey və Diana isə ölkədən çıxmamaq şərti ilə azad ediliblər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər