Smartfonu düşüncə ilə idarə etmək üçün qurğu yaradılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-01-2016, 07:47 | Şərh sayı: (0) | Baxılıb: 259
Smartfonu düşüncə ilə idarə etmək üçün qurğu yaradılır
ABŞ Müdafiə Nazirliyinə tabe olan araşdırma qurumu DARPA (Defense Advanced Research Projects Agency) önəmli bir texnologiya üzərində çalışdığını açıqlayıb. Araşdırma agentliyi beyinlə kompüteri əlaqələndirən qurğu hazırlayır. Texnologiya beyin-maşın interfeysi (BMI) sisteminə əsaslanır.
BMI insan bədəninə yerləşdiriləcək bir çiplə rəqəmsal cihazları yönəltməyə imkan verir.Xırdaca qənd böyüklüyündəki cihaz neyronlar arasındakı bioloji siqnalları rəqəmsal siqnallara çevirəcək. Beləliklə, insan əl vurmadan, sadəcə, düşünməklə smartfon, kompüter, planşet və başqa elektron qurğuları çalışdıra, istədiyi əməliyyatı apara biləcək. Məsələn, düşüncəndən kiməsə zəng etmək keçirsə, qurğutelefon kitabçasından onu tapacaq və telefon bağlantısı quracaq.
Cihaz DARPA-nın «Neural Engineering System Design» (NESD) layihəsinin bir hissəsidir. Layihə ABŞ prezidenti Barack Obama-nın dəstəklədiyi «beyin təşəbbüsləri» proqramı çərçivəsində gerçəkləşdirilir.
Bu yeniliyin özəlliklə əlillərə çox faydalı olacağı gözlənilir.
Azadlıq radiosu
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər