Avtobuslara izləmə cihazları quraşdırılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 23:44 | Şərh sayı: (0) | Baxılıb: 273
Avtobuslara izləmə cihazları quraşdırılır
Bakı Beynəlxalq Avtovağzalında şəhərlərarası və beynəlxalq sərnişin daşıyan avtobuslara yeni GPS izləmə cihazi quraşdırılır. Məqsəd xidmət keyfiyyətini yüksəltmək və vətəndaşların təhlükəsizliyini təmin etməkdir.
Həm sürət həddinə, həm də avtobusun hansı ünvanda hərəkət etdiyinə ciddi nəzərət olunacaq.
Bu məqsədlə şəhərlərarası və beynəlxaq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda GPS izləmə cihazı quraşdırılıb.
İlkin olaraq 30 avtobusa bu cihaz quraşdırılıb. Gələcəkdə Bakı Beynəlxalq Avtovağzalında olan 800 mikroavtobus və avtobusların hər birinə bu cihaz quraşdırılacaq.
Sistemin quraşdırılması tam başa çatdıqdan sonra sərnişinlər Bakı Beynəlxaq Avtovağzalının (BBAK.AZ) saytına daxil olub şəhərlərarası və beynəlxaq sərnişindaşıma sahəsində xidmət göstərən avtobusların çatma vaxtı ilə bağlı məlumat əldə edə biləcəklər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər