Şəhid əsgərin yas məclisi ilə bağlı problemlər həll edildi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 20:06 | Şərh sayı: (0) | Baxılıb: 264
Şəhid əsgərin yas məclisi ilə bağlı problemlər həll edildi
Cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq.
Bu barədə Modern.az-a açıqlama verən şəhidin dayısı Şahin Ağayev bildirib ki, sabah keçiriləcək 40 mərasiminin təşkilini icra hakimiyyəti öz üzərinə götürüb.
“Bu bizim deyil, dövlətin, xalqın şəhididir. Dövlət tərəfindən də kömək edilir. Biz problemləri bildirən kimi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərəovun tapşırığı ilə bizimlə əlaqə saxlanıldı və bütün işləri -40 mərasiminin keçirilməsi, baş daşı məsələsini onlar həll etdilər. Çox sağolsunlar ki, bizə yardım etdilər”.
Ş. Ağayev bildirib ki, şəhidin 40 mərasiminin keçirilməsi ilə bağlı şikayətləri mətbuatda gedəndən sonra deputatlardan Fərəc Quliyev və Rəfael Hüseynov, eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti onlarla əlaqə saxlayıb.
“İcra hakimiyyəti bütün işləri öz üzərinə götürdü. Sabah şəhidin 40 mərasimi Binəqədi qayısının yanındakı AKP inşaatının önündə salınacaq çadırda saat 11:00-dən başlayaraq keçiriləcək”.
Qeyd edək ki, ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasiminin keçirilməsi ilə bağlı problemlər var idi.
Yaxınları mərasim üçün pul tapa bilmədiklərini qeyd etmişdilər. 21 yaşında şəhid olan Rəşad başsız bir ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu. Rəşad Cəfərzadəni ana əvəzi - xalası, yeganə bacısı, ata əvəzi-dayısı torpağa tapşırmışdılar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər