Şahmat həqiqətən də haramdırmı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 07:52 | Şərh sayı: (0) | Baxılıb: 332
Şahmat həqiqətən də haramdırmı?
Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz bin Abdullah əl-Şeyxin şahmatın İslama dininə zidd olduğu ilə bağlı açıqlaması dünya mediasının gündəmini zəbt edib.
Məlumata görə, televiziya verilişində tamaşaçıların suallarını cavablayan müfti şahmatın İslam dini ilə ziddiyyət təşkil etdiyini və qumar olduğunu bildirib.
Güman edilir ki, bu açıqlamadan sonra şahmat Səudiyyə Ərəbistanında qadağan ediləcək və musiqi kimi "kiçik günahlar" siyahısına düşəcək.
Şahmatın və bu kimi digər idman oyunlarının İslam dininə görə haram olub-olmaması məsələsinə aydınlıq gətirən Bakı İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Sabir Həsənli bildirdi ki, müsəlman ölkələrinin əksəriyyəti şahmat oyunlarında iştirak edirlər: “Bu oyun İslam dinində haram sayılmır. Bu, düşündürücü bir oyundur. Şahmatın haram olması Səudiyyə müftisinin şəxsi fikridir. Lakin mənə elə gəlir ki, digər İslam alimləri onun bu fikri ilə razılaşmayacaqlar. Çünki, bu oyunlarda hər hansı qəbahət iş yoxdur. Mən heç şahmatın qumar məqsədi ilə oynandığını da eşitməmişəm. Əgər hansısa klublarda qazanc məqsədi ilə bu oyunu oynayırlarsa, bu, o demək deyil ki, şahmat qumar oyunudur və haramdır. Burada niyyət önəmlidir. Əgər qumar niyyəti ilə oynayırsansa, təbii ki, haramdır”.
İlahiyyatçının sözlərinə görə, təkcə şahmatı yox, bütün oyunları qumar predmetinə çevirmək olar və bu zaman həmin oyun haramdır: “Şahmat dünyanın qədim oyunlarındandır. Şahmat diqqəti toparlamaq, beyin gimnastikası üçün qurulan bir oyundur. “Şahmat” “şah öldü” deməkdir. “Mat” ərəb dilində ölüm kəlməsidir. Yəni, bu, oyun tərəflərindən birinin məğlub olduğu məqamdır. Ancaq haramlıq məsələsinə qalsa, hər şeyi qumara çevirmək olar. Əgər qumara çevrilsə, bu, İslam dininə görə, haramdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər