Ötən il Azərbaycanda daimi yaşamaq icazəsi verilən şəxslərin sayı açıqlanıb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-01-2016, 22:38 | Şərh sayı: (0) | Baxılıb: 244
Ötən il Azərbaycanda daimi yaşamaq icazəsi verilən şəxslərin sayı açıqlanıb
Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunan müşavirə keçirilib. Bu barədə "Report"a xidmətin İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Məlumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib.
O bildirib ki, ötən il Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxsin inzibati qanunvericiliyin pozması halı aşkar edilib və müvafiq tədbirlər görülüb: "Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır".
Xidmət rəisinin sözlərinə görə, ötən il ölkədə qalma müddətinə müvafiq olaraq Azərbaycana girişi qeydə alınan əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb: "Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı artımla yanaşı, Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi də ildən-ilə artırılır. 11 elektron xidmətin, həmçinin,dövlət proqramlarında icrası Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portalın istifadəyə verilməsi, deyilən fikrin əyani nümunəsidir. Hesabat dövründə Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olub".
F.Nəbiyev bildirib ki, ötən il Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ötən il ümumilikdə 105.550 şəxs tərəfindən müraciət daxil olub: "Ötən il Azərbaycan Prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib. Eyni zamanda, müraciətlər əsasında 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycanda müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər