Leyla və Arif Yunusların səhhətində ciddi problemlər var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 21:20 | Şərh sayı: (0) | Baxılıb: 247
Leyla və Arif Yunusların səhhətində ciddi problemlər var
Azad İsazadə: “Onlar ancaq iki-üç nəfərlə görüşürlər”
Ötən ilin dekabrında azadlığa çıxan Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun səhhəti kritikdir.
Bu barədə müsavat.com-a açıqlamasında Yunusların yaxın ailə dostu, həbsdə olduqları zaman onların ictimai vəkili olmuş psixoloq Azad İsazadə məlumat verdi.
Onun sözlərinə görə, cütlük müalicə alır və hər ikisinin səhhəti kirtikdir. Belə ki, A.Yunusun təzyiqi yüksək olduğu halda, nəbzi enib: “Bu isə vəziyyətin çox kiritik olduğunu göstərir. Təzyiqi normaya salmaq mümkün olmur. Bu da onu göstərir ki, ürək xəstəliyi ciddidir və onun üstünə düşmək lazımdır”.
A.İsazadə dedi ki, L.Yunusun xroniki xəstəlikləri də şiddətlənib və müalicə gedir.
Müsahibimizin sözlərinə görə, ancaq səhhətlərinin qeydinə qalan cütlük nə mətbuatla, nə də ictimaiyyətdən heç kimlə ünsiyyətə girmirlər: “Ancaq məhdud sayda dostları onlarla danışa bilirlər. Onlar da cəmi iki-üç nəfərdir”.
Musavat.com xatırladır ki, dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsi Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab olunub. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.
Qərara əsasən, məhkəmənin Leyla və Arif Yunusların barəsində bəraət hökmü çıxarılmasına əsas görmədiyi elan olunub. Lakin qeyd olunub ki, onlar barəsində hökm dəyişdirilməlidir. Leyla Yunusun ittiham olunduğu Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə bağlı müddət keçdiyindən həmin maddə üzrə təyin olunan cəzalar hökmdən xaric olunub.
Eyni zamanda Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
Məhkəmə Leyla və Arif Yunusların övladı Dinara Yunusa məxsus evin müsadirə olunması barədə qərarı da ləğv edib.
Həmin gündən etibarən Yunuslar mediaya hər hansı açıqlama verməyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər