Dükanlarda KARTLA PUL ÖDƏYƏNLƏRİ hansı təhlükələr gözləyir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 15:27 | Şərh sayı: (0) | Baxılıb: 233
Dükanlarda KARTLA PUL ÖDƏYƏNLƏRİ hansı təhlükələr gözləyir?

Lakin dələduzlar bunun da çarəsini tapıblar. Onların hiyləgər üsullarını izləmək çətindir. Bu səbəbdən yaxşı olar ki, diqqətli olasınız.
FaktXeber.com-un verdiyi məlumata görə, son günlər dələduzlar «skimminq» metodundan istifadə etməyə başlayıblar. Artıq buna görə zərərçəkənlər də var.
Qeyd edək ki, aşağıda qeyd etdiyimiz hallar bütün kassirlərə aid edilmir. Ancaq diqqətli olmaqda fayda var.
Bu necə işləyir?
Kassir (əlbəttə, söhbət öz işini ləyaqətlə görənlərdən yox, ancaq dələduzlardan gedir), sizdən kartı götürdükdən sonra terminalın üzərindən iki dəfə çəkir: Birinci dəfə sizdən aldıqlarınız üçün lazımi miqdarda pul çıxılır, ikinci dəfə isə kartdan sizin şəxsi məlumatlarınızı oğurlayır.
Dələduzlar o qədər çevik işləyirlər ki, vətəndaşlar onların hərəkətini izləyə bilmirlər. Bundan əlavə, etiraf edək ki, hər kəs mütəmadi şəkildə etdiyi bazarlığa görə, kartdakı varidatını yoxlamır.
Çevik hərəkətlə sizdən pul oğurlayan kassir isə sonradan onları birbaşa kassadan götürür.
CVV-kod
Qarətin digər üsulu bundan ibarətdir ki, dələduz sizin kartınızın CVV-kodunuzu əzbərləyir. Beləliklə, sizin kartınızın 16 rəqəmini və CVV kodunuzu bilən şəxs külli miqdarda onlayn alış-veriş edə bilir.
FaktXeber.com saytına istinadən baş verə biləcək təhlükədən qorunmanız üçün bir neçə tövsiyə veririk:
1. Kartı terminaldan özünüz keçirin. Əgər kassir onlarda bunun qadağan olunduğu deyirsə, onun hərəkətinə diqqət edin: Kartı iki dəfə keçirərsə (guya birinci dəfə pul köçürülmədi), o zaman evə gələn kimi bütün transaksiyaları yoxlayın.
2. CVV kodunu şəffaf OLMAYAN yapışkanlı lentlə (skotçla) bağlayın. Siz ki, onu xatırlayırsiniz. Bu, kifayətdir.
3. Şəxsi kabinetinizdə onlayn alış-veriş üçün qadağa qoyun. İnternet sifarişləri üçün ayrıca kart əldə edin və onu evdə saxlayın.
Diqqətli olun!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər