Marketlərdə diqqətli olun: elə "soyurlar", ruhunuz da incimir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 4-10-2015, 18:04 | Şərh sayı: (0) | Baxılıb: 349
Marketlərdə diqqətli olun: elə "soyurlar", ruhunuz da incimir
Bakıda fəaliyyət göstərən marketlərdə sahibkarlar alıcıların "cibinə girirlər". Vitrinlərdə mallara qoyulan qiymətlər kassalardakı qiymətlərdən fərqlənir.
Musavat.com xəbər verir ki, bəzi marketlər alıcıların diqqətsizliyindən sui-istifadə edərək onları aldatmağa çalışır. Belə ki, vitrində aşağı qiymətə göstərilən məhsulun qiyməti kassada bir neçə qəpik baha olur. Çox vaxt qiymət fərqi cüzi olduğundan alıcılar bu fərqi hiss etmirlər. Fərq cüzi - bir neçə qəpik olsa da yüzlərlə çeşid məhsulun satıldığı marketlərdə bu, yaxşıca əlavə və asan gəlir deməkdir.
Çox alış-veriş edən müştərilər isə bu fırıldağın fərqində olmurlar. Çünki alınan onlarla məhsulun hansının qiymətinin bir neçə qəpik baha olub-olmamasını müəyyən etmək asan deyil.
Bu cür halla rastlaşan müştərilər kassada öz etirazlarını bildirsələr də, aldıqları cavab və hadisəyə izah belə olur: "Məhsulun qiyməti dəyişib. Kassada olan qiymətlər yeni qiymətlərdir. Vitrindəki qiymətləri hələ ki, dəyişməmişik".
Qeyd etdiyimiz problemlə biz də qarşılaşdıq. Sabunçu qəsəbəsində üz tutduğumuz böyük marketlərdən birindən şirniyyat almaq istədik. Vitrindəki qiymət 2 manat 25 qəpik göstərilirdi. Məhsuldan iki ədəd götürərək kassaya yaxınlaşdıq. Kassadan aldığımız qəbzdə məhsulun qiyməti 3 manat 30 qəpik idi. Buna etiraz etdikdən sonra məsələni araşdırmaq üçün yanımıza marketin vitrindəki qiymətlərə nəzarət edən işçisi yaxınlaşdı. Aldığımız cavab isə yuxarıda qeyd etdiyimizin eynisi idi. Yəni vitrindəki qiymətlər köhnədir. Kassadakı qiymətlər isə yeni. İşçilər yanlışlığın olduğunu və dərhal aradan qaldırılacağını dedilər.
Marketdə rəhbərlikdən heç kimin olmadığını deyən işçi israrla səhvin onun olduğunu, qiymətləri vaxtında dəyişmədiyini bildirdi. 2 məhsul aldığımızdan bu fərqi hiss edə bildik. Əgər marketdən çox alış-veriş etsəydik, qiymət fərqini başa düşməyəcəkdik. Bu isə o deməkdir ki, bir məhsulu 1 manat 5 qəpik baha alacaqdıq.
Alıcıların marketlərdən alış-veriş edərkən diqqətli olması vacibdir. Mümkün qədər kassadan verilən qəbzdəki qiymətlərlə vitrindəki qiymətlər tutuşdurulmalıdır.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər