Daxili İşlər Nazirliyi: "Natiq Kərimovun buraxılmasına prezident göstəriş verib" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 20:19 | Şərh sayı: (0) | Baxılıb: 231
Daxili İşlər Nazirliyi: "Natiq Kərimovun buraxılmasına prezident göstəriş verib"
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov Nardaran qəsəbəsinin ağsaqqalı kimi tanınan Natiq Kərimovun daxili işlər naziri Ramil Usubovla qəsəbə sakinlərinin bir qrupu arasında “gərgin danışıqların nəticəsi olaraq” azadlığa buraxıldığına dair virtualaz.org saytında yer alan xəbəri təkzib edir.
Sadiq Gözəlovun redaksiyaya daxil olmuş açıqlamasında bildirilir ki, prezident İlham Əliyevin tapşırığına əsasən daxili işlər naziri Ramil Usubov yanvarın 17-də bir qrup Nardaran sakini ilə görüşüb.
“Rayon icra hakimiyyəti başçısının və millət vəkillərinin iştirakı ilə keçirilən həmin görüşdə Nardaranda aparılan abadlıq-quruculuq işlərinin, eləcə də dövlət orqanlarının yerli strukturlarının tam fəaliyyət göstərməsi istiqamətində atılan bütün addımların ölkə prezidentinin birbaşa nəzarətində olduğu vurğulanıb. Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə cənab prezidentə minnətdarlıq bildirib, eyni zamanda bəzi problemlərin həllində, o cümlədən ailə vəziyyətlərini nəzərə alaraq həbs olunan qəsəbə sakinlərindən günahı az olan bəzilərinin azadlığa buraxılmasında köməklik göstərilməsini xahiş etmişdilər”-açıqlamada deyilir.
DİN mətbuat xidmətinin rəhbəri bildirir ki, nazir Ramil Usubov qaldırılan problemlərin həll olunması üçün digər dövlət strukturları ilə birlikdə müvafiq işlərin görüləcəyini, həmçinin prezident İlham Əliyevin Natiq Kərimovun yaşını və səhhətini nəzərə alaraq məsələyə humanistcəsinə yanaşdığını, onun barəsində cinayət işinin istintaqının həbssiz aparılmasına dair tapşırıq verdiyini qəsəbə sakinlərinin diqqətinə çatdırıb.
“Bir daha qeyd edirəm ki, verilmiş məlumat həqiqəti əks etdirmir və jurnalist təxəyyülünün məhsulundan başqa bir şey deyil” - Sadiq Gözəlov bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər