Hacı İlqar İbrahimoğlu: "Nardaran Ağsaqqalı Kərbəlayi Natiq Kərimovun həbsini ölkəmiz üçün çox zərərli sayıram" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 11:53 | Şərh sayı: (0) | Baxılıb: 940
Hacı İlqar İbrahimoğlu: "Nardaran Ağsaqqalı Kərbəlayi Natiq Kərimovun həbsini ölkəmiz üçün çox zərərli sayıram"
Xəbər verildiyi kimi, Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimovun barəsində dörd aylıq həbs qəti imkan tədbiri tətbiq edilmişdir.
DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu öz "facebook" səhifəsində bununla bağlı açıqlama vermişdir. Həmin açıqlamanı oxuculara təqdim edirik: "Hörmətli Nardaran Ağsaqqalı Kərbəlayi Natiq Kərimovun həbsini ölkəmiz üçün çox zərərli sayıram.
Kərbəlayi Natiq Kərimovu mömin və vətənpərvər bir insan kimi tanıyıram. Onun Vətənə xəyanət kimi maddələrlə ittiham olunmasını, ağlasığmaz bir hal kimi dəyərləndirirəm. Hesab edirəm ki, həmişə problemlərin məntiq və təmkin üzərində cözülməsinə çalışan bir insanı, nəinki həbs etmək, əksinə onun müdrik ağsaqqal sözünə daha diqqətlə və sayğı ilə yanaşmaq məntiqli olardı.
Bütün bunlardan əlavə, sırf prosessual baxımından, səhhətində ciddi problemi olan ahıl insanı azadlıqdan məhrumetmə ilə bağlı qəti imkan tədbirinə məruz qoymaq - qətiyyən anlaşılan deyil. Uca Allahdan bütün müşküllərin təcili həllini diləyirəm"./Deyerler.org/
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər