Nardaranda tutulan 12 nəfər buraxıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 18:20 | Şərh sayı: (0) | Baxılıb: 309
Nardaranda tutulan 12 nəfər buraxıldı
Nardaran hadisələrindən sonra inzibati qaydada həbs olunan 12 nəfər azadlığa buraxılıb. Milli.Az bildirir ki, bu barədə Trend-ə Nardaran sakini Natiq Kərimov məlumat verib.
Onun sözlərinə görə, azadlığa buraxılanlar arasında özünü Nardaranın Ağa məhəlləsindəki Cümə məscidinin axundu kimi qələmə verən Ataməli Nur da var. Həmin şəxslər Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 15 və 30 sutkalıq inzibati qaydada həbs olunan Nardaran sakinləridir. Saxlanılan şəxslərin inzibati həbs müddətləri başa çatdığı üçün azadlığa buraxılıblar.
N.Kərimov bildirib ki, ümumilikdə son günlərdə Nardaran hadisələri ilə bağlı inzibati həbs edilənlərdən 57 nəfər azadlığa buraxılıb.
Xatırladaq ki, A.Nur da daxil olmaqla azadlığa buraxılan şəxslər Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılırdılar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər