ABŞ səfirliyi bölgələrdəki etirazlara münasibətini açıqladı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 20:04 | Şərh sayı: (0) | Baxılıb: 219
ABŞ səfirliyi bölgələrdəki etirazlara münasibətini açıqladı
ABŞ-ın Bakıdakı səfirliyi son günlər Azərbaycanın müxtəlif bölgələrində baş verən etiraz aksiyaları ilə bağlı münasibətini açıqlayıb.
Səfirlik son günlər ölkədə baş verən etirazlar və həbslərə münasibətə dair Cebhe.info-nun sorğusunu cavablandırıb.
ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, ABŞ son hadisələri diqqətlə izləyir və Azərbaycan hökuməti ilə əlaqədədir: “Biz son hadisələri diqqətlə izləyirik və Azərbaycan höküməti ilə əlaqədəyik. Birləşmiş Ştatlar həmişəki kimi güclü, sabit və çiçəklənən Azərbaycanı dəstəkləməyə sadiq qalır. Biz hazırkı çağırışlardan daha parlaq gələcəyə doğru irəliləmək naminə Azərbaycanla birgə çalışmaq üçün istənilən imkana hazırıq”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər