Samir Şərifov: "İpoteka şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 19:40 | Şərh sayı: (0) | Baxılıb: 264
Samir Şərifov: "İpoteka şərtlərinin sadələşdirilməsi nəzərdə tutulur"
"İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq".
APA-nın məlumatın görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir: "İlk növbədə İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Çünki bu fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin və bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara bunu təqdim edə bilsin".
S. Şərifov qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur: "Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər