Samir Şərifov: "Manatın devalvasiyası qaçılmaz idi" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 07:21 | Şərh sayı: (0) | Baxılıb: 294
Samir Şərifov: "Manatın devalvasiyası qaçılmaz idi"

"APA-Economics"in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, qlobal iqtisadi proiseslərin ölkəmizə mənfi təsirləri ilə əlaqədar hökumətin və Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır. O, qeyd edib ki, bunu digər neft istehsalı və ixracı ilə məşğul olan ölkələrin timsalında da görmək olar.
"Qlobal reytinq agentlikləri ölkəmizdə gedən prosesləri yaxından izləyir. Sevindirici haldır ki, dünyanın 3 ən nüfuzlu reytinq agentlikləri "Standard&Poor`s", "Moody`s" və "Fitch" ölkəmizin uzunmüddətli yerli və xarici investisiya səviyyəli reytinqləri saxlanılıb", - deyə nazir qeyd edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər