“Qazprom”un Gürcüstana qarşı Azərbaycan “kozır”ı açıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 16:32 | Şərh sayı: (0) | Baxılıb: 293
“Qazprom”un Gürcüstana qarşı Azərbaycan “kozır”ı açıldı
Gürcüstanın keçmiş yanacaq və energetika naziri David Mirtsxulava “Qazprom”la Tiflis arasında aparılan danışıqların sensasion detallarını açıqlayıb.
Virtualaz.org xəbər verir ki, keçmiş nazir bu haqda Rusiyanın “Vzqlyad” nəşrinə danışıb.
David Mirtsxulava deyib ki, Gürcüstanın qaza tələbatı günü gündən artır, xüsusən də qış mövsümündə. Ancaq Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycan qaza bu cür yüksək tələbatı ödəyə bilmir, çünki özünün daha çox həcmlərdə qaza ehtiyacı var.
“Üstəlik, Türkiyə qaz təchizatının artırılması üçün Azərbaycana müraciət göndərib” deyə - keçmiş nazir bildirib.
Keçmiş nazirin bildirdiyinə görə, Gürcüstanın partnyoru (Azərbaycan nəzərdə tutulur.-red) müqavilə öhdəliklərini tam yerinə yetirə bilmək üçün özü “Qazprom”dan 2.5 milyard kubmetr qaz alıb. David Mirtsxulava “Qazprom”la Tiflis arasında aparılan danışıqlar haqda danışarkən deyib ki, Rusiya şirkəti Ermənistana qaz tranzitinə görə Gürcüstanın götürdüyü qaz həcminin əvəzində pul kompensasiyası məsələsini çox kəskin qoyub. Onun sözlərinə görə, hələ konkret rəqəm demək mümkün deyil, çünki danışıqlar hələ yekunlaşmayıb.
David Mirtsxulava deyib ki, “Qazprom”un əlində Gürcüstanın hansısa şərtlərə razılıq verməməsi halında istifadə etmək üçün müəyyən “kozır”lar var. Bu halda, yəni Gürcüstan şərtlərə razılıq verməsə “Qazprom” Azərbaycan üzərindən İrana ildə 10 milyard kubmetr qaz nəql edəcək. Həmin sxem Gürcüstan marşrutundan istifadəni nəzərdə tutmur və nəticədə Gürcüstan böyük itkilərlə üzləşəcək.
Xatırladaq ki, Rusiyanın İrana svap prinsipi əsasında qaz nəqli planları bu yaxınlarda açıqlanıb. “Qazprom” İrana müəyyən həcmdə qaz nəql edib əvəzində Fars körfəzində eyni həcmdə İran qazını qəbul etməyi və bazara çıxarmağı nəzərdə tutur.
Lakin bu plan baş tutarsa Rusiya qazının İrana hansı marşrutla ötürüləcəyi hələ açıq qalır. Bunun üçün Gürcüstan-Ermənistan marşrutundan istifadə də nəzəri olaraq mümkündür, ancaq Rusiya qazının İrana nəqli üçün Azərbaycan marşrutu ən sərfəlidir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər