14 nardaranlı yanvarın 15-dək azad ediləcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-01-2016, 20:03 | Şərh sayı: (0) | Baxılıb: 316
14 nardaranlı yanvarın 15-dək azad ediləcək
Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 14 nardaranlı saxlanılır.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.
Onun sözlərinə görə, saxlanılan nardaranlılara 15 və 30 sutkalıq inzibati qaydada həbs-qətimkan tədbiri seçilmişdi.
Saxlanılanların vaxtı bitdikcə azadlığa buraxılırlar: "Bildiyim qədər, sabah bir neçə nəfərin 30 sutkalıq inzibati qaydada həbs müddəti bitdiyindən azadlığa çıxacaq. Hazırda 14 nəfər nardaranlı müvəqqəti saxlanma məntəqəsindədir. Onların da yanvarın 15-nə qədər azad olunacağı gözlənilir".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər