Kamran Əliyev rayon maşınlarının sürücülərini məyus etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 13:59 | Şərh sayı: (0) | Baxılıb: 537
Kamran Əliyev rayon maşınlarının sürücülərini məyus etdi
Bayram günlərində də rayon qeydiyyatında olan maşınlar Bakıya buraxılmayacaq.
Bunu oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
O qeyd edib ki, adi günlərdə olduğu kimi, bayram günlərində də rayon qeydiyyatında olan maşınlar Bakıya buraxılmayacaq: "Rayon qeydiyyatında olan avtomobillərə tətbiq edilmiş məhdudiyyət qüvvədədir. Heç bir güzəşt edilməsi nəzərdə tutulmur. Hər hansı məhdudiyyətin götürülməsi ilə bağlı elə bil göstəriş yoxdur. Rayon qeydiyyatında olan avtomobillər müəyyən edilmiş vaxt çərçivəsində paytaxta daxil ola bilərlər".
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.
Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola bilər.
Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan, axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər