Bakıda oksigen fəlakəti var? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 14:51 | Şərh sayı: (0) | Baxılıb: 200
Bakıda oksigen fəlakəti var?
“Bu, sadəcə bəzi işbazların hansısa layihələri həyata keçirmək üçün ortalığa atdıqları çirkin oyundur”
Son günlər Bakıda oksigen çatışmazlığı yarandığı barədə həyəcanlı məlumatlar yayılmaqdadır. İddialara görə, Bakı havasındakı oksigen 18 faizə qədər düşüb. Hətta bəzi həkimlər bir çox xəstəliklərin yayılma səbəbini bununla əlaqələndirirlər. Yayılan məlumatlar ictimaiyyətdə çaşqınlıq, narahatlıq doğurub. Doğrudanmı Bakıda oksigen fəlakəti yaşanır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Vətəndaş Şurasının sədri, ekoloq Telman Zeynalov bu cür məlumatların əsassız olduğunu bildirib: “Bu cür iddialar gülüş və təəccüb doğurur. Çünki təbiətdəki oksigeni heç nə azalda bilməz. Bu, sadəcə bəzi işbazların hansısa layihələri həyata keçirmək üçün ortalığa atdıqları çirkin oyundur.
Ümumiyyətlə bu cür oyun dünyada gedir. Əvvəllər qlobal istiləşmə ilə bağlı məlumatlar yayılırdı. Bu da eyniylə onun kimi əsassız iddialardandır. Fikrimcə belə iddialara cavab vermək də doğru olmaz”.
Ekoloq həkimlərin də iddialarına cavab verib: “Həmin həkimlər də bu oyunun iştirakçlarıdır. Kim pul verirsə onun sifarişlərini yerinə yetirirlər. Lazımdırsa mətbuata, televiziyaya çıxıb bu barədə özləri bildirsinlər. Xalqı, milləti belə şeylərlə çaş-baş salmaq olmaz. İnsanlar bilmir nəyə inansın”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər