Manat fəlakəti və batan Azərbaycan qəzetləri |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 08:39 | Şərh sayı: (0) | Baxılıb: 327
Manat fəlakəti və batan Azərbaycan qəzetləri
Ələsgər Süleymanov: “Vəziyyət kritikdir, təcili tədbirlər görülməlidir...”
Manatın devalvasiyası mediaya da təsirsiz ötüşməyəcək. Qəzet bazarında son illər davam edən prosesdə “manat zərbəsi” daha ciddi izlər qoyacaq.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov bizə açıqlamasında son durumu təhlil etdi. O dedi ki, əslində bugünkü devalvasiya xəbəri barədə daha öncə danışılsa da, yenə də əhali üçün gözlənilməz oldu: “Çünki müxtəlif iqtisadçılar, bu sahənin ekspertləri, proqnoz verirdilər ki, hökumət ikinci devalvasiyaya imkan verməyəcək. Rəsmi şəxslər, konkret olaraq, Milli Bank sədri də bildirirdi ki, kəskin devalvasiya gözlənilmir. Bu məlumatlar əsasında hamı da gözləyirdi ki, manatın məzənnəsi üzən məzənnəyə keçsə də, cüzi fərq edəcək və manatın düşməsi tədricən baş verəcək. Amma birdən-birə xəbər tutduq ki, dollar 50 % bahalaşdı. Birinci devalvasiyada biz 33 faizlik düşüş gördüksə, sonuncu məzənnə ilə müqayisədə 48 faiz devalvasiya getdi. Birinci devalvasiyadan əvvəlki vəziyyətlə müqayisədə götürəndə bu, 98 faiz devalvasiya deməkdir. Bu o deməkdir ki, manat dollarla müqayisədə iki dəfə dəyərdən düşüb”.
Ə.Süleymanov bu fonda qəzetlərin düşdüyü durumu da təhlil etdi. Dedi ki, ümumiyyətlə, qəzetlərin durumu əhalinin durumu kimi acınacaqlıdır: “İndiyə qədər qəzeti çətin vəziyyətdə, güclə saxlayırdıq. Bizim gəlirlərimiz olduğu kimi qalmaq şərtilə xərclərimiz iki dəfə artacaq. Bizi gözləyəcək aqibətin necə olacağını proqnozlaşdırmaq çətindir. Böyük ehtimalla, ixtisarlara, xərclərin azaldılmasına gedəcəyik. Amma KİV DF xətti ilə ayrılan pullara gələndə, artıq bu, iki dəfə dəyərdən düşmüş sayılır. Çünki indiyə qədər biz o layihə üçün büdcə verir, plan-prospekt yazırdıq. İndi həmin xərclər iki dəfə artmalıdır. Ümid edirik ki, yanvar ayındakı pul ayırmaları zamanı KİVDF bu məsələni nəzərə alacaq”.
Devalvasiya fonunda qəzet qiymətlərinin artırılmasına gəlincə, müsahibimiz dedi ki, qəzetin qiymətini birinci devalvasiyadan sonra artırmadılar: “Fikirləşirdik ki, onsuz da maddi vəziyyəti pis olan əhalini bir tərəfdən də biz yükləməyək. Özümüzü ağır iqtisadi vəziyyətə sürükləmək bahasına da olsa qiyməti saxlamışdıq. Sonuncu devalvasiyadan əvvəl qərar vermişdik ki, qəzetin qiymətini cüzi olsa da, qaldıraq. Bu barədə bütün yayım firmalarına məktublar göndərilmişdi. Bugünkü devalvasiya 50 qəpiyin özünü də elə vəziyyətə qoydu ki, bu qiymətlə nə edə biləcəyimizi düşünürük. 50 qəpiklə bağlı qərar verilmişdi - yanvarın 1-dən belə olmalıdır. Son devalvasiyadan sonra vəziyyəti müzakirə edəcəyik. Vəziyyət kirtikdir. Təcili tədbirlər görülməlidir. Qənaət, ixtisarlar edilməlidir. Əks halda qəzetin fəaliyyəti dayanmaq məcburiyyətində olacağıq”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər